Maun - 107:5 Onlar ki, namazlarından tamamilə xəbərsizdirlər.
Necə namaz qılırlar?
Nisa/4:102 Sən aralarında olub onlara namaz qıldırdığın zaman, onlardan bir qrup sizi qorumaq üçün yanınızda olsun və silahlarını da yanlarına alsın. Namaza duranlar səcdəyə vardıqlarında arxanızda olsunlar. Sonra namaz qılmamış olan qrup gəlsin və səninlə birlikdə namaza dursunlar, (namazı bitirmiş olan qrup isə) silahlarını alıb növbətçi dursunlar. İnkar edənlər, silahlarınızdan və əşyanızdan diqqətsiz davranmanızı və beləcə sizi qəfil bir hücumla məhv etməyi ümid edərlər. Yağmur və xəstəlik kimi səbəblərə görə silahlarınızı buraxmanızda bir günah yoxdur. Ancaq gözdə-qulaqda olun. Allah kafirlərə alçaldıcı bir əzab hazırladı.

Maidə/5:6 Ey iman edənlər! Namaza qalxdığınız zaman yuyun; üzünüzü, dirsəklərə qədər əllərinizi. Sığallayın: başınızı və topuqlara qədər ayaqlarınızı, əgər cinsi əlaqədə olmuşsunuzsa yuyunun. Xəstə və ya səfərdəsinizsə, yaxud ayaq yolundan gəlmiş, yaxud qadınlarla cinsi əlaqədə olmuş və su tapa bilməmişsinizsə, təmiz bir torpağa yönəlib üzünüzü və qollarınızı onunla sığallayın. Allah sizi çətinliyə salmaq istəməz. Ancaq sizi təmizləmək və üzərinizdəki nemətini tamamlamaq istəyir. Ola bilər ki, şükür edərsiniz.

Fəth/48:29 Allahın Elçisi Muhəmməd və bərabərində olanlar inkar edənlərə qarşı sərt və öz aralarında isə mərhəmətlidirlər. Onları, əyilib səcdə edərək Allahdan lütf və razılıq diləyərkən görərsən. Üzlərində səcdələrin izləri vardır. Bu, onların Tövratdakı vəsfləridir. İncildəki vəsfləri isə, tumurcuğunu çıxarıb gücləndirmiş və qalınlaşıb gövdəsi üzərinə qalxaraq əkinçiləri sevindirən bitki kimidir. O, onlarla inkar edənləri öfkələndirir. Allah, onlardan iman edib müttəqi davrananlara bağışlanma və böyük bir mükafat söz vermişdir.

Cinn/72:18 Məscidlər sadəcə Allaha aiddir; Elə isə Allah ilə birlikdə heç kimsəni çağırmayın.

Bəqərə/2:45 Çətinliklərə qarşı səbr və namaz ilə yardım diləyin. Əlbəttə bu, insanlara ağır gəlir; ancaq itaət edənlər xaric.
Bəqərə/2:238 Namazlara, xüsusilə orta namaza diqqət edin. Özünüzü tamamilə Allaha verərək namaza durun.

Ənam/6:162 De ki: "Namazım, ibadətlərim, həyatım və ölümüm aləmlərin Rəbbi olan Allah üçündür."

İsra/17:110 De ki: "İstər Allah deyə çağırın, istər Rəhman deyə çağırın. Hansı ilə çağırarsanız, bütün gözəl isimlər Onundur." Namazında nə elan et, nə də gizlə; ikisinin arasında bir yol tut.
İsra/17:111 Və de ki: "Tərif Allahadır. O övlad götürməmişdir, idarəçilikdə ortağı və zəiflikdən ötrü də bir yardımçısı yoxdur." Onu mümkün qədər Ucalt.

Məryəm/19:31 "Harada oluramsa olum, məni mübarək etdi. Yaşadığım müddətcə mənə namazı və zəkatı və"
Məryəm/19:32 "anama qarşı xoş xasiyyətli olmamı əmr etdi. Məni dikbaş bir zalım (üsyankar) etmədi."

Ta ha/20:14 "Mən, bəli Mən Allaham; Məndən başqa tanrı yoxdur. Mənə qulluq et və Məni xatırlamaq üçün namazı qoru!"
Ta ha/20:132 Ailənə namazı əmr et və bu mövzunun üstündə önəmlə dur. Biz səndən heç bir ruzi gözləmirik. Əksinə Biz səni bəsləyirik. Aqibət, müttəqilərindir.

Həcc/22:41 Onlar (o kəslər) ki, onları yer üzünə yönəticilər etdiyimiz zaman, namazı qoruyar, zəkatı verər, yaxşılığı əmr edər və pislikdən çəkindirərlər. Son qərar Allaha aiddir.

Muminun/23:9 Onlar ki, namazlarını müntəzəm olaraq qoruyurlar.

Məaric/70:23 Onlar ki, namazlarını diqqətdən yayındırmazlar;
Məaric/70:34 Namazlarının yaxşı olması üçün böyük səy göstərirlər.

Nur/24:37 Kəslər vardır. Onları, Allahı xatırlamaqdan, namazı qorumaqdan və zəkatı verməkdən nə bir iş, nə də bir ticarət yayındırmaz. Onlar, qəlblərin və gözlərin tərs dönəcəyi gündən qorxarlar.

Cumuə/62:9 Ey iman edənlər, cümə (toplantı) günü namaza çağırıldığınızda Allahı xatırlamaq üçün tələsin və alış-verişi buraxın. Bilsəniz, bu sizin üçün daha yaxşıdır.

Maun/107:5 Onlar ki, namazlarından tamamilə xəbərsizdirlər.

Nisa/4:43 Ey iman edənlər! Sərxoş ikən nə dediyinizi bilənə qədər, səfərdə olanlar xaric cinsi əlaqədən sonra yuyununcaya qədər namaza durmayın. Xəstə və ya səfərdəsinizsə, yaxud biriniz ayaq yolundan gəlmişsə, yaxud qadınlarla cinsi əlaqəyə girib, su tapa bilməmişsinizsə, təmiz və quru bir torpağa toxunub üzünüzə və əllərinizə sürtərək təyəmmüm edin. Allah Əfv edər, Bağışlayar.

Ənbiya/21:72 Ona (İbrahimə) mükafat olaraq İshaqı və Yəqubu verdik. Hamısını müttəqi etdik.
Ənbiya/21:73 Biz onları, əmrimizə görə yol göstərən öndərlər etdik. Onlara yaxşı işlərin necə ediləcəyini, namazın necə qorunacağını və zəkatın necə veriləcəyini vəhy etdik. Onlar Bizə qulluq edənlərdir.