HAQQIMIZDA

Quranı anlamanın sistematikası, Quran tərəfindən verilmişdir. Tez-tez və önmühakimələrimizdən təmizlənmiş olaraq oxuduğumuzda, bir ayəni başa düşmək üçün zehnimizdə yaranan sualların başqa bir ayədə və ya ayələrdə cavablandırıldığını, açıqlandığını və təfərrüatlı şəkildə izah edildiyini görürük. Ona görə də mesajı anlamanın əsas qaydası, kitabı bir orqanizm kimi qəbul edib, Quranı yenə Qurandan soruşmaqdır.

Çünki Uca Allah Quranı izah etməyi heç kəsin öhdəsinə buraxmayıb, onu Öz üzərinə götürüb:

75:16 Onu tələsərək əyri-əskik (kəsirli oxuyaraq) dilini oynatma.
75:17 Onu toplamaq da, oxutmaq da Bizə aiddir.
75:18 Biz onu oxuduğumuz zaman, onun oxunuşunu izlə.
75:19 Sonra, onu açıqlamaq da Bizim görəvimizdir.

Ayələrin hər biri bir element və bütün elementlər adətən network (şəbəkə) kimi bir-biri ilə bağlıdır. Bu quruluşdan başa düşürük ki, Rəbbimiz mesajını, dərk edən, araşdıran, sorğulayan, tənqid edən beyinlərə açıq-aşkar, asan və başa düşülən şəkildə izah edir. Hazırladığımız bu çalışmada bunu ortaya qoymağa çalışdıq.

Biz heç bir şərh vermədən müxtəlif aspektlərdən suallar çıxararaq və Quran ayələrinə istinad edərək ayələri izah etməyə və təfərrüatlandırmağa çalışdıq:

Nümunə:
1:2 Tərif aləmlərin Rəbbi Allahadır.

Aləmlərin Rəbbi (Rəbbil aləmin) nə deməkdir?

26:23 Firon, "Aləmlərin Rəbbi də nə deməkdir?" dedi.
26:24 (Musa) dedi ki, "Qəti bir inanca sahibsinizsə, O, göylərin, yerin və aralarındakıların Rəbbidir!"

Nümunə:
1:4 Haqq-hesab (Din) gününün sahibi.

Haqq-hesab (Din) günü nə deməkdir?

82:18. Bəli, Din Gününün nə olduğunu bilirsənmi?
82:19. O gün kimsənin kimsəyə yardımı toxunmaz. O gün bütün qərarlar yalnız Allaha aiddir.

Məqsədimiz parçaları birləşdirib, oxucuya rəsmin bütününü görməsini təmin etmək və onları öz anlayışı ilə baş-başa buraxmaqdır.
Quranın mesajını dərk edən heç kimsə Allahdan başqasına qul olmaz:

11:1 (Bu) elə bir kitabdır ki, Hikmət sahibi və hər şeydən Xəbərdar biri tərəfindən ayələri sağlamlaşdırılmış və sonra da açıqlanıb detallanmışdır.
11:2 (ONA GÖRƏ) Kİ, ALLAHDAN BAŞQASINA QULLUQ/XİDMƏT ETMƏYİN.