Yunus - 10:12
İnsana bir zərər toxunarsa, yanı üzərinə yatarkən, ayaq üstəykən və ya oturmuşkən Bizi çağırır. Ona zərər verən şeyi ondan uzaqlaşdırdıqmı, sanki ona toxunan o zərərə görə Bizi heç çağırmamış kimi davranır. Həddi aşanlara, etdikləri işlər bax belə süslü göstərilir.
İman edənlərin yatarkən, ayaq üstə olarkən və oturarkən Rəbbini çağırması:
Ali İmran/3:190
Göylərin və yerin yaradılışında, gecənin və gündüzün bir-birilə yer dəyişdirməsində, Anlayış sahiblərinə ayələr vardır.
Ali İmran/3:191
O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı xatırlayarlar. Göylərin və yerin quruluşu və yaradılışı haqqında düşünərlər: “Rəbbimiz, Sən bunları boş yerə yaratmadın, Sən ucasan, bizi atəş əzabından qoru!"
Ali İmran/3:192
"Rəbbimiz, Sən kimi atəşə salarsansa əlbəttə onu rəzil etmiş olursan. Zalımlara yardım edən olmaz."
Ali İmran/3:193
Rəbbimiz, biz, “Rəbbinizə iman edin!”– deyə imana çağıran bir dəvətçini eşitdik və iman etdik. Rəbbimiz! Günahlarımızı bağışla, pisliklərimizi ört və yaxşı kimsələr olaraq canımızı al."
Ali İmran/3:194
"Rəbbimiz, elçilərinin vasitəsi ilə bizə söz verdiyin şeyi ver, dirilmə günündə bizi rəzil etmə! Sən sözündən heç dönməzsən.”