Yunus - 10:13 Sizdən öncəki neçə-neçə nəsilləri, zülm etdikləri zaman məhv etmişik. Elçiləri onlara açıq-aydın dəlillərlə getmişdilər, ancaq onlar iman etməyi rədd etmişdilər. Günahkar cəmiyyətləri belə cəzalandırırıq.
Öncəki nəsillərin zülm etdikləri zaman məhv olmaları:
Ənkəbut/29:40 Hamısını günahlarıyla yaxaladıq. Onlardan kimisinin üstünə çılğın bir fırtına göndərdik, kimisini də qorxunc bir səs yaxaladı, kimisini yerin dibinə batırdıq, kimisini də boğduq. Onlara zülm edən Allah deyildi; onlar özləri özlərinə zülm edirdilər.
فَكُلاًّ اَخَذْنَا بِذَنْبِه۪ۚ فَمِنْهُمْ مَنْ اَرْسَلْنَا عَـلَيْهِ حَـاصِباًۚ وَمِنْهُمْ مَنْ اَخَذَتْهُ الصَّيْحَةُۚ وَمِنْهُمْ مَنْ خَسَفْنَا بِهِ الْاَرْضَۚ وَمِنْهُمْ مَنْ اَغْرَقْنَاۚ وَمَا كَانَ اللّٰهُ لِيَظْلِمَهُمْ وَلٰكِنْ كَانُٓوا اَنْفُسَهُمْ يَظْلِمُونَ

Yusuf/12:110 Nə zaman ki, elçiləri ümidlərini kəsdilər və özlərinin yalançı çıxarıldığını sandılar, bax o zaman onlara zəfərimiz gəldi. Həqiqətən, istədiyimiz qurtulur. Əzabımız günahkar topluluğundan geri çevrilə bilməz.
حَتّٰٓى اِذَا اسْتَيْـَٔسَ الرُّسُلُ وَظَنُّٓوا اَنَّهُمْ قَدْ كُذِبُوا جَٓاءَهُمْ نَصْرُنَاۙ فَنُجِّيَ مَنْ نَشَٓاءُۜ وَلَا يُرَدُّ بَأْسُنَا عَنِ الْقَوْمِ الْمُجْرِم۪ينَ

Həcc/22:44 Mədyən yerliləri də... Musa belə yalanlandı. Mən o kafirlərə möhlət verdim və sonra onları hesaba çəkdim; Məni tanımamaq da necə imiş...
وَاَصْحَابُ مَدْيَنَۚ وَكُذِّبَ مُوسٰى فَاَمْلَيْتُ لِلْكَافِر۪ينَ ثُمَّ اَخَذْتُهُمْۚ فَكَيْفَ كَانَ نَك۪يرِ
Həcc/22:45 Neçə-neçə şəhərlərin əhalisini, etdikləri haqsızlıqlardan ötrü həlak etdik. Onlardan geriyə qalanlar, çökmüş çatılar, tərk edilmiş quyular və kimsəsiz saraylardı...
فَكَاَيِّنْ مِنْ قَرْيَةٍ اَهْلَكْنَاهَا وَهِيَ ظَالِمَةٌ فَهِيَ خَاوِيَةٌ عَلٰى عُرُوشِهَا وَبِئْرٍ مُعَطَّـلَةٍ وَقَصْرٍ مَش۪يدٍ