Yunus - 10:17 Allaha yalan uydurub iftira edən və ayələrini yalanlayandan daha zalım kim ola bilər? Günahkarlar nicat tapmaz.
Öz bilikləriylə qürur duydular: Məqsəd nədir?
Bəqərə/2:91 Onlara, “Allahın nazil etdiyinə iman edin!”– deyildiyində, (onlar:) “Biz özümüzə nazil edilənə iman edirik”– deyərək ondan sonra gələni inkar edərlər. Halbuki bu, yanlarında olanı təsdiqləyən gerçəkdir. De: “İman etmişdinizsə, nə üçün daha öncə Allahın peyğəmbərlərini öldürürdünüz?”

Ali İmran/3:73 "Sizin dininizə uyandan başqasına inanmayın." Sən də onlara: "Hidayət Allahın hidayətidir", de. "Sizə verilənin bənzərinin bir başqasına verildiyinə də inanmayın; yoxsa Rəbbiniz haqqında sizinlə mübahisə haqqı qazanarlar", deyərlərsə, "Lütf Allahın əlindədir, istədiyinə verir", de. Allah Comərddir, Biləndir.

Saffat/37:69 Onlar, atalarını azğın kimsələr olaraq görmüşdülər.

Səba/34:43 Onlara açıq-aşkar ayələrimiz oxunduğu zaman: "Bu, həqiqətən, sizi atalarınızın qulluq/xidmət etmə yolundan azdırmaq istəyən bir adamdır." Üstəlik, "Bu, uydurulmuş bir iftiradan başqa bir şey deyildir," dedilər. İnkar edənlər, özlərinə gələn gerçək üçün dedilər: "Açıq-aydın, bu bir sehrdir."

Məryəm/19:46 (Atası:) "İbrahim, sən mənim tanrılarımdan üzmü çevirirsən? Buna son qoymasan, səni daşqalaq edəcəyəm. Məndən uzaqlaş!" dedi.

İbrahim/14:10 Elçiləri: "Göyləri və yeri yarıb yaradan Allahamı şəkk edirsiniz? Günahlarınızı bağışlamaq üçün sizi çağırır və sizə möhlət verir," dedilər. Onlar da, "Siz, ancaq bizim kimi insanlarsınız, atalarımızın qulluq/xidmət etməkdə olduğu şeydən bizi çevirmək istəyirsiniz. Bizə açıq-aydın bir səlahiyyət sənədi gətirin," dedilər.

Hud/11:87 Dedilər ki: "Şueyb, atalarımızın qulluq/xidmət etdiklərindən və ya ticarətimizi istədiyimiz kimi idarə etməkdən əl çəkməyimizi, sənin namazınmı lazım bilir? Sən əslində yumşaq xasiyyətlisən, ağıllısan."
Hud/11:62 Dedilər ki: "Ey Saleh, sən bundan öncə, aramızda məşhur bir ümid qaynağı idin. İndi sən bizi atalarımızın qulluq/xidmət etdiklərindənmi çəkindirirsən? Biz, sənin bizi çağırdığın şeylərdən şübhə içindəyik."

Yunus/10:78 Dedilər: "Sən, yer üzündə böyüklük ikinizə qalsın deyə, atalarımızı üzərində gördüyümüz şeydən bizi çevirmək üçünmü bizə gəldin? Biz sizə əsla iman etməyəcəyik."

Əraf/7:70 Dedilər ki: "Sadəcə Allaha qulluq edək və atalarımızın qulluq/xidmət etdiklərini tərk edək deyəmi bizə gəldin? Doğru sözlüsənsə bizi təhdid etdiyin şeyi gətir, görək."
Əraf/7:28 Hər hansısa pis bir şeyi işlədikləri zaman, "Atalarımızı bu cür edərkən gördük; Allah da bizə elə əmr etdi," deyərlər. De ki: "Allah pis bir şeyi əmr etməz. Allah haqqında necə olur ki, bilmədiklərinizi söyləyirsiniz?"

Zuxruf/43:24 O da, "Sizə, atalarınızı üzərində gördüyünüzdən daha doğrusunu gətirmiş olsam da?" deyərdi. Onlar da, "Sizin gətirdiyiniz mesajı inkar edirik," deyərdilər.
Zuxruf/43:23 Eyni bunun kimi, səndən öncə, bir şəhərə hər nə zaman bir xəbərdar edən göndərdiksə, elita təbəqə, "Biz, atalarımızı bir yol üzərində gördük və biz onların təlimlərini izləyirik," deyərdilər.
Zuxruf/43:22 Xeyr, "Biz atalarımızı bir yol üzərində gördük və biz onların təlimlərini izləyirik," dedilər.

Loğman/31:21 Onlara: "Allahın nazil etdiyinə tabe olun," deyildiyi zaman, "Yox, biz atalarımızı üzərində gördüyümüz yolu izləyərik," deyərlər.  Şeytan onları alovlu atəşin əzabına çağırmış olsa da?

Maidə/5:104 Onlara: "Allahın nazil etdiyinə və elçiyə tərəf gəlin," deyildiyində, "Atalarımızı üzərində gördüyümüz yol bizə yetər!" - deyərlər. Ataları, bir şey bilməyən və doğru yolu tapa bilməyən kimsələr olsa necə?

Bəqərə/2:170 Onlara, “Allahın nazil etdiyinə tabe olun!”– deyilsə, “Xeyr, biz atalarımızın izlədiyi yolu izləyirik,": deyərlər. Elə isə, ataları bir şey düşünə bilməyən və doğru yolu tapa bilməyən kimsələr olsa da?!

Sad/38:7 "Sonuncu dində beləsini eşitmədik. Bu bir uydurmadır."
Sad/38:6 Onların liderləri önə çıxdılar, "Gedin, tanrılarınıza bağlı qalın. Sizdən istənilən sadəcə budur."
Sad/38:5 "Tanrıları tək tanrımı yaratdı? Bu, gerçəkdən çox qəribədir!"
Sad/38:4 Onlara, özlərindən bir xəbərdarlıq edənin gəlməsinə yadırğadılar. İnkar edənlər, "Bu çox yalançı bir sehrbazdır," dedilər,

Qasas/28:36 Musa onların yanına açıq-aşkar ayə və möcüzələrimizlə gedincə, "Bu ancaq uydurma bir sehrdir. Biz belə bir şeyi öncəki atalarımızdan eşitmədik," dedilər.

Muminun/23:24 Xalqının öncü inkarçıları, "Bu, sizin kimi bir insandan başqa bir şey deyildir. Üzərinizə hakim olmaq istəyir. Allah istəsəydi bir mələk endirərdi. İlk atalarımızdan belə bir şey eşitmədik."