Yunus - 10:37
Bu Quran, Allahdan başqası tərəfindən hazırlanan bir kitab deyildir. Ancaq özündən öncəkiləri təsdiqləyən və kitabın (qanunların) detallı bir açıqlamasıdır. Bunda şübhəniz olmasın; aləmlərin Rəbbindəndir.
"Quran aləmlərin Rəbbindəndir.": Əlaqəli
Şuəra/26:192
Bu, aləmlərin Rəbbinin nazil etdiyi vəhydir.
Vaqiə/56:77
Bu, şərəfli bir Qurandır,
Vaqiə/56:78
Gizli bir ktabdadır.
Vaqiə/56:79
Onu ancaq təmizlər qavraya bilər.
Vaqiə/56:80
Aləmlərin Rəbbindən nazil edilmişdir.
Səcdə/32:2
Kitabın nazil edilməsi, bunda şübhəniz olmasın; aləmlərin Rəbbindəndir.
Haqqə/69:40
(Ona görə) ki, bu şərəfli bir elçinin (gətirdiyi) sözdür.
Haqqə/69:41
O, bir şair sözü deyildir; Necə də az iman edirsiniz?
Haqqə/69:42
Kahin sözü də deyildir; Necə də az düşünürsünüz?
Haqqə/69:43
Aləmlərin Rəbbindən nazil edilmədir.
Yunus/10:37