Yunus - 10:6 Gecənin gündüzlə yer dəyişdirməsində, Allahın göylərdə və yerdə yaratdığı şeylərdə müttəqi bir camaat üçün dəlillər və ibrətlər vardır.
Gecə gündüz ilə necə yer dəyişdirir?
İsra/17:12 Gecəni və gündüzü iki ayə (dəlil) etdik. Rəbbinizin nemətlərini axtarasınız və illərin hesabını biləsiniz deyə gecənin ayəsini sildik, gündüzün ayəsini aydınlıq etdik. Biz hər şeyi təfsilatı ilə açıqlayırıq.

Ya sin/36:37 Gecə də onlar üçün bir ayədir: Ondan gündüzü sıyırıb çəkərik və onlar qaranlıqda qalarlar.