Yunus - 10:74
Sonra onun ardından, elçilər göndərdik, xalqlarına açıq-aşkar dəlillər gətirdilər. Keçmişdə yalanladıqlarına iman edəcək deyildilər. Azğınların qəlblərini belə damğalayarıq.
Nuhdan sonraki elçilər və xalqlar:
Hud/11:89
"Xalqım, mənə qarşı çıxmanız, əsla sizi Nuh xalqının, və ya Hud xalqının, yaxud Saleh xalqının başına gələnlər kimi bir fəlakətə götürməsin. Üstəlik, Lut xalqı sizdən çox da uzaqda deyil."
Tovbə/9:70
Nuhun xalqı, Ad, Səmud, İbrahim xalqı, Mədyən sakinləri və alt-üst olmuş ölkələrin (Sodom ve Gomorra) xalqları kimi özlərindən öncəkilərin xəbərləri onlara yetişmədimi? Elçiləri onlara açıq-aşkar dəlillərlə getmişdilər. Allah onlara zülm etmirdi, əksinə onlar öz-özlərinə zülm edirdilər.
Ənam/6:84
Ona İshaqı və Yəqubu bəxş etdik. Hər birisinə yol göstərdik. Daha öncə də Nuha və onun soyundan Davuda, Süleymana, Əyyuba, Yusufa, Musaya və Haruna da yol göstərdik. Gözəl davrananları bax belə mükafatlandırırıq.
Ənam/6:85
Zəkəriyya, Yəhya, İsa və İlyasa da... Hamısı da yaxşılardan idi.
Ənam/6:86
İsmail, Əl-Yəsə, Yunus və Luta da... Hamısını insanlara üstün etdik.
Əraf/7:65
Ad xalqına da qardaşları Hudu göndərdik. Dedi ki: "Ey xalqım, Allaha qulluq edin. Ondan başqa tanrınız yoxdur. Müttəqi olmayacaqsınız?"
Əraf/7:66
Xalqının öndə gələn inkarçıları, "Biz səni başıboşluq (səfehlik) içində görürük. Biz səni yalançı sanırıq."
Əraf/7:67
Dedi ki: "Ey xalqım, Mən başıboş (səfeh) deyiləm; fəqət mən, aləmlərin Rəbbi tərəfindən bir elçiyəm."
Əraf/7:68
"Sizə Rəbbimin mesajını çatdırıram. Sizin üçün etibarlı bir nəsihətçiyəm."
Əraf/7:69
"Sizi xəbərdar etmək məqsədilə Rəbbinizdən bir mesajın aranızdan bir adama gəlməsinəmi təəccübləndiniz? Nuhun xalqından sonra sizi varislər etdiyini və xilqətcə sizi onlardan güclü etdiyini xatırlayın. Uğur qazanmanız üçün Allahın nemətlərini düşünün."