Yunus - 10:82 Allah sözləriylə haqqı gerçəkləşdirir. Günahkarlar xoşlanmasa da...
Günahkarlar istəməsələr də, Allah Öz kəlmələri ilə haqqı bərqərar edəcək:
Saff/61:8 Allahın nurunu ağızları ilə söndürmək istəyirlər. İnkar edənlər xoşlanmasa da Allah nurunu tamamlayacaqdır.

Ğafir/40:14 İnkar edənlər xoşlanmasa da dini sadəcə Allaha aid edərək Ona qulluq edin.

Ənfal/8:7 Allah iki qrupdan birini (məğlub etməyi) sizə söz vermişdi; siz isə gücsüz olanı ilə qarşılaşmağı istəyirdiniz. Halbuki Allah kəlmələri ilə gerçəyi gerçəkləşdirmək və kafirlərin ardını kəsmək istəyir.