Yunus - 10:93
İsrail oğullarına şərəfli bir yer bağışladıq və onlara gözəl ruzilər verdik. Fəqət, onlara elm gəldikdən sonra ayrılığa düşdülər. Rəbbin, dirilmə günü, ayrılığa düşdükləri mövzuda aralarında hökm verəcəkdir.
Əlaqəli:
Əraf/7:137
Ölkənin məhsuldar etdiyimiz şərq və qərb hissələrinə xor görülən və zəif salınan insanları mirasçı etdik. Sıxıntılara müqavimət göstərdikləri üçün, Rəbbinin İsrail oğullarına verdiyi gözəl söz gerçəkləşdi. Firon və xalqının qurduqları quruluş və qurumları da yerlə bir etdik.
Qasas/28:4
Firon yer üzündə despotca davrandı. Xalqını siniflərə ayırıb onlardan bir qrupu əzib istismar edir, qızlarını sağ buraxıb oğullarını kəsirdi. O, bir fəsadçı idi.
Qasas/28:5
Yer üzündə gücsüzləşdirilib əzilənlərə lütf edərək istədik ki, onları öndərlər və varislər edək.
Qasas/28:6
Və onları yer üzünə yerləşdirək, Firon, Haman və ordularına, qorxduqları şeyi göstərək.
Duxan/44:24
"Dənizi yarılmış olaraq tərk et. Onlar boğulmağa məhkum bir ordudur."
Duxan/44:25
Onlar geridə nələr buraxmışdılar: Bağçalar, bulaqlar,
Duxan/44:26
Əkinlər və yüksək məqamlar,
Duxan/44:27
Və içində səfa sürdükləri neçə-neçə nemətlər...
Duxan/44:28
Beləcə hamısını başqa bir topluluğa miras buraxdıq.