Hud - 11:1
Əlif. Ləm. Ra. (Bu) elə bir kitabdır ki, Hikmət sahibi və hər şeydən Xəbərdar biri tərəfindən ayələri sağlamlaşdırılmış və sonra da açıqlanıb detallanmışdır.
A. L. R.?
Yunus/10:1
Əlif. Ləm. Ra. Bunlar (bu hərflər), hikmət sahibi kitabın möcüzələridir.
Rad/13:1
Əlif. Ləm. Mim. Ra. Bu (hərflər), Kitabın möcüzələridir. Rəbbindən sənə nazil edilən, gerçəkdir; fəqət insanların çoxu iman etməz.
Nəml/27:1
Ta. Sin. Bu (hərflər), Quranın, açıq-aşkar bir kitabın möcüzələridir.
Qasas/28:2
Bu (hərflər), bu açıq-aşkar Kitabın möcüzələridir.
Şuəra/26:1
Ta. Sin. Mim.
Şuəra/26:2
Bunlar (hərflər), açıqlayan Kitabın möcüzələridir.
Loğman/31:1
Əlif. Ləm. Mim.
Loğman/31:2
Bunlar (bu hərflər), bu hikmətli Kitabın möcüzələridir.
Hicr/15:1
Əlif. Ləm. Ra. Bu (hərflər) kitabın və açıq-aşkar Quranın möcüzələridir.