Hud - 11:1
Əlif. Ləm. Ra. (Bu) elə bir kitabdır ki, Hikmət sahibi və hər şeydən Xəbərdar biri tərəfindən ayələri sağlamlaşdırılmış və sonra da açıqlanıb detallanmışdır.
Allah hər şeydən xəbərdardır:
Mucadilə/58:6
Gün gələr Allah onları toplu şəkildə dirildər və sonra etmiş olduqlarını özlərinə xəbər verər. Onlar, unutduqları halda, Allah onları hesaba almışdır. Və Allah hər şeyə Şahiddir.
Mucadilə/58:7
Allahın göylərdə və yerdə olan hər şeyi bildiyini anlamırsınız? Üç nəfər gizli danışsa, mütləq O onların dördüncüsüdür. Beş nəfər olsalar, mütləq O onların altıncısıdır. İstər bundan az və ya çox və harada olursa olsunlar, O onlarla bərabərdir. Sonra dirilmə günündə onlara etdiklərini xəbər verər. Allah hər şeyi Biləndir.
Qaf/50:17
Sağında və solunda iki alıcı mələk oturub qeyd etməkdədirlər (yazmaqdadırlar).
Qaf/50:18
Yanında gözətçi şahidlər olmadan ağzından bir söz çıxmaz.
İnfitar/82:10
Halbuki üstünüzdə qoruyucular vardır.
İnfitar/82:11
Onlar şərəfli qeyd edənlərdir (yazanlardır).
İnfitar/82:12
Etdiklərinizi bilirlər.
Yunus/10:61
Hansı durumda olursunuz olun, Qurandan nə oxuyursunuz oxuyun, hansı işi görərsəniz görün, siz onlarla uğraşarkən Biz mütləq sizə şahid oluruq. Göylərdə və yerdə olan bir atom ağırlığı belə Rəbbinin kontrolunun xaricinə çıxa bilməz. Atomdan da kiçik olsun, böyük olsun, hər şey açıq-aşkar bir kitabda qeyd edilmişdir.
Mulk/67:13
İstər sözünüzü gizləyin, və ya onu açıqlayın; O, kökslərin içindəkini bilir.
Mulk/67:14
Heç Yaradan yaratdığını bilməzmi? O, Lətifdir, Xəbərdardır.
Casiyə/45:29
"Bu kitabımız sizə qarşı gerçəyi söyləməkdədir. Çünki biz, etdiklərinizi qeyd edirdik."
Yunus/10:21
Onlara toxunan bir sıxıntıdan sonra insanlara bir rəhmət daddırdığımız zaman, ayə və möcüzələrimizə qarşı dərhal bir plan qurarlar. De ki: "Plan qurmada Allah daha cəlddir. Elçilərimiz, qurduğunuz bütün planları qeyd etməkdədir."
Nisa/4:81
“Oldu, itaət edirik!” deyərlər. Ancaq Sənin yanından çıxdıqlarında onlardan bir qismi, söyləmiş olduqlarının əksinə (plan) qurur. Allah onların planlayıb qurduqları şeyləri qeyd edir. Onlara əhəmiyyət vermə; Allaha güvən. Dəstəkləyici olaraq Allah yetər.
Ali İmran/3:181
“Allah fəqir, biz isə zənginik!”– deyənlərin sözünü Allah eşitməkdədir. Söylədiklərini və haqsız yerə peyğəmbərləri öldürmələrini qeyd edəcəyik və "Yandırıb-yaxan əzabı dadın," - deyəcəyik.
Hud/11:5
Onlar, sinələrində olanı şüuraltı olaraq Ondan gizləmək istəyərlər. Yaxşı bilin ki, libaslarına büründüklərində belə onların gizlədiklərini və açıqladıqlarını bilir. O, gizli düşüncələri Biləndir.
Qaf/50:16
İnsanı Biz yaratdıq və onun öz-özünə nəyi pıçıldadığını yaxşı bilirik. Biz ona şah damarından daha yaxınıq.
Nəml/27:75
Göylərdə və yerdə gizli olan hər şey, istisnasız açıq-aşkar bir kitabdadır.
Hədid/57:22
Yer üzündə və aranızda olan heç bir şey yoxdur ki, Biz onu yaratmadan öncə bir kitabda qeyd edilmiş (yazılmış) olmasın. Bu, şübhəsiz Allah üçün çox asandır.
Rad/13:9
Gizlini və aşkarı Biləndir; Böyükdür, Ucadır.
Rad/13:10
Sözü istər gizləyin, istər açıqlayın, istər gecənin qaranlığında gizlənin, istər gündüz vaxtı ortaya çıxın, Onun üçün eynidir.
Ənam/6:59
Gizli şeylərin (Qeybin) açarı Onun əlindədir, Ondan başqası onları bilməz. Quruda və dənizdə nə varsa onları bilir. Biliyi xaricində bir yarpaq belə düşməz. Yerin qaranlığında bir toxum, yaş və ya quru heç bir şey yoxdur ki, açıq-aşkar bir kitabda qeyd edilməsin.
Səba/34:3
İnkar edənlər, "Saat, heç vaxt gerçəkləşməyəcək," dedilər. De ki, "Şübhəsiz, Rəbbimə and olsun sizə gələcəkdir. O, gələcəyi Biləndir. Göylərdə və yerdə bir atom ağırlığı Ondan gizli qalmaz. İstər ondan kiçik olsun, yaxud böyük olsun... Hamısı açıq-aşkar bir kitabdadır.
Maidə/5:116
Allah belə deyəcək: "Ey Məryəm oğlu İsa! Sənmi insanlara, 'Allahdan başqa məni və anamı da tanrı qəbul edin' dedin?" (İsa) belə cavab verəcək: "Sən Ucasan, haqqım olmayan bir şeyi söyləmək mənə yaraşmaz. Əgər belə bir şey söyləmiş olsaydım Sən bilərdin. Sən mənim düşüncəmi bilirsən; ancaq mən Sənin düşüncəni bilmərəm. Sən bütün gizli şeyləri bilirsən."
Təhrim/66:3
Peyğəmbər, zövcələrindən birinə gizlicə bir hədis söyləmişdi. Zövcəsi bunu yayınca, Allah onu bundan xəbərdar etdi. Ona vəziyyətin bir qismini bildirmiş, bir qismindən isə vaz keçmişdi. Peyğəmbər mövzunu zövcəsinə açınca zövcəsi, "Bunu sənə kim xəbər verdi?" deyə soruşdu. "Hər şeyi Bilən və hər şeydən Xəbərdar olan mənə bildirdi," deyə cavabladı.
Ənbiya/21:94
Kim inanclı olaraq müttəqi işlər görərsə, onun bu cəhdi boşa getməyəcəkdir; Biz sürəkli olaraq qeyd etməkdəyik.