Hud - 11:105 O gün gəldiyi zaman, heç kimsə Onun izni olmadan danışa bilməz. Onlardan kimi bədbəxt, kimi də xoşbəxtdir.
Bədbəxtlərin xüsusiyyəti:
Bələd/90:19 Ayələrimizi inkar edənlər isə talesizlərdir (bədbəxtlərdir).
وَالَّذ۪ينَ كَفَرُوا بِاٰيَاتِنَا هُمْ اَصْحَابُ الْمَشْـَٔمَةِۜ

Hud/11:106 Bədbəxtlər atəşdədir. Onlar orada sızlayıb inləyərlər.
فَاَمَّا الَّذ۪ينَ شَقُوا فَفِي النَّارِ لَهُمْ ف۪يهَا زَف۪يرٌ وَشَه۪يقٌۙ

Muminun/23:104 Onlar orada pərişan vəziyyətdə ikən, atəş də üzlərini yalayacaqdır.
تَلْفَحُ وُجُوهَهُمُ النَّارُ وَهُمْ ف۪يهَا كَالِحُونَ
Muminun/23:105 Ayələrim sizə oxunmurdumu və siz də onları yalanlamırdınızmı?
اَلَمْ تَكُنْ اٰيَات۪ي تُتْلٰى عَلَيْكُمْ فَكُنْتُمْ بِهَا تُكَذِّبُونَ
Muminun/23:106 (Onlar) deyəcəklər, "Rəbbimiz, bizi talehsizliyimiz (bədbəxtliyimiz) məğlub etdi; biz azan bir camaat olduq."
قَالُوا رَبَّـنَا غَلَبَتْ عَلَيْنَا شِقْوَتُنَا وَكُنَّا قَوْماً ضَٓالّ۪ينَ