Hud - 11:49
Bunlar, sənə vəhy etdiyimiz qeyb xəbərləridir. Nə sən, nə də sənin xalqın bundan öncə onları bilməzdi. Səbr et. Aqibət, müttəqilərindir.
Müttəqi bir həyat yaşamağın nəticəsi:
Ənkəbut/29:7
İman edib müttəqi davrananların pisliklərini əlbəttə örtəcəyik və etdiklərinin daha yaxşısı ilə onları mükafatlandıracağıq.
Rad/13:22
Və onlar ki, müqavimət göstərərlər, sadəcə Rəblərinin razılığını qazanmaq üçün, namazı qoruyarlar, onlara verdiyimiz ruzilərdən gizli və aşkar yardım üçün xərcləyərlər və pisliyi yaxşılıq ilə dəf edərlər. Son dayanacağa onlar layiqdirlər.
Rad/13:23
Ədn cənnətlərinə girərlər. Atalarından, zövcələrindən və soylarından yaxşı olanlar da onunla bərabərdir. Mələklər də hər qapıdan yanlarına daxil olarlar.
Rad/13:24
"Səbr etdiyinizə görə salam (sülh, hüzur) sizə olsun. Bu necə də gözəl son məskəndir."
Bəqərə/2:25
İman edib müttəqi davrananları, içlərində çaylar axan cənnətlərlə (bağçalarla) müjdələ. Onlara oradakı məhsullardan ruzilər verildiyində "Bu, daha öncə bizə verilən nemətlərdir," deyərlər. Beləcə, onlara məcazi oxşarlar (bənzətmələr) verilər. Onlar üçün orada tərtəmiz əşlər vardır və onlar orada əbədi qalıcıdırlar.
Ali İmran/3:172
O iman edənlər ki, savaşda yaralandıqdan sonra da Allahın və elçisinin çağırışına tabe oldular. Yaxşılıq edib, müttəqi davrananları üçün böyük bir mükafat var.
Əraf/7:128
Musa, xalqına: "Allahdan yardım diləyin, səbrlə müqavimət göstərin. Yer üzü Allahındır və onu qullarından istədiyinə verir. Aqibət müttəqi davrananlarındır," dedi.
Yusuf/12:57
İman edənlərin və müttəqi davrananların axirət mükafatı əlbəttə daha da yaxşıdır.
Məryəm/19:76
Allah, doğru yolu seçənlərin hidayətini artırır. Müttəqi işlər, Rəbbinin qatında əbədi olaraq ən yaxşı mükafata və ən yaxşı aqibətə layiqdir.
Həcc/22:14
Allaha iman edib müttəqi davrananları, içində çaylar axan Cənnətlərə daxil edər. Allah istədiyini edər.
Ənkəbut/29:9
İman edib müttəqi davrananları müttəqilər arasına daxil edəcəyik.
Ənkəbut/29:58
İman edən və müttəqi davrananları içindən çaylar axan cənnətin köşklərinə yerləşdirəcəyik; orada əbədi qalarlar. Çalışanların (səy göstərənlərin) qarşılığı necə də gözəldir.
Rum/30:45
Beləcə, iman edənləri və müttəqi davrananları mükafatlandırır. O, inkar edənləri sevməz.
Səba/34:4
Beləcə, iman edənləri və müttəqi davrananları mükafatlandırır. Onlar üçün bir bağışlanma və tükənməz ruzi vardır.
Muhəmməd/47:12
Allah iman edib müttəqi davrananları içlərindən çaylar axan cənnətlərə daxil edər. İnkar edənlər isə heyvanlar kimi yeyib yaşamaqdadırlar və axırda atəşə girərlər.