Hud - 11:61
Səmuda da qardaşları Salehi... Dedi ki: "Ey xalqım, Allaha qulluq edin, Ondan başqa tanrı yoxdur. Sizi yerdən çıxarıb yaradan, sizi oraya yerləşdirən Odur. Elə isə Ondan bağışlanma diləyin və sonra Ona yönəlin. Şübhəsiz Rəbbim Yaxındır, Cavab verəndir.
"O sizi torpaqdan yaratdı və sizi orada sakin etdi":
Bəqərə/2:30
Rəbbin, mələklərə belə demişdi: "Yer üzünə bir xəlifə yerləşdirəcəyəm!" Mələklər də: “Orada fəsad törədəcək, qan axıdacaq birinimi yerləşdirəcəksən? Halbuki biz Səni tərifləyərək ucaldır və mütləq hökmranlığını təsdiqləyirik," dedilər. (Allah:) “Bilmədiyinizi Mən bilərəm,” dedi.
Əraf/7:10
Sizləri yer üzünə yerləşdirdik və orada sizləri yaşama imkanları ilə təmin etdik. Nə qədər də az şükür edirsiniz.
Əraf/7:24
(Allah) dedi ki: "Bir-birinizə düşmənlər olaraq aşağı enin. Bir müddətə qədər yer üzündə məskunlaşıb yaşayacaqsınız."
Hud/11:61
Səmuda da qardaşları Salehi... Dedi ki: "Ey xalqım, Allaha qulluq edin, Ondan başqa tanrı yoxdur. Sizi yerdən çıxarıb yaradan, sizi oraya yerləşdirən Odur. Elə isə Ondan bağışlanma diləyin və sonra Ona yönəlin. Şübhəsiz Rəbbim Yaxındır, Cavab verəndir.
Ta ha/20:55
Sizi o yerdən yaratdıq, sizi təkrar ona döndərəcəyik və bir dəfə yenə sizi oradan çıxardacağıq.
Muminun/23:79
Odur sizi yer üzünə yerləşdirən; Onun hüzurunda toplanacaqsınız.
Ğafir/40:64
Allah yer üzünü sizin üçün bir məskən, göyü də bir yapı edəndir. Sizə surət verib surətinizi gözəl edən və sizi qidalarla bəsləyəndir. Rəbbiniz olan Allah budur. Aləmin Rəbbi olan Allah nə Ucadır!
Nuh/71:19
Allah yer üzünü sizin üçün bir məskunlaşma yeri etdi.
İnsan/76:28
Onları Biz yaratdıq və məskunlaşdırdıq. İstədiyimiz zaman da, onları bənzərləri ilə dəyişdirərik.