Hud - 11:61 Səmuda da qardaşları Salehi... Dedi ki: "Ey xalqım, Allaha qulluq edin, Ondan başqa tanrı yoxdur. Sizi yerdən çıxarıb yaradan, sizi oraya yerləşdirən Odur. Elə isə Ondan bağışlanma diləyin və sonra Ona yönəlin. Şübhəsiz Rəbbim Yaxındır, Cavab verəndir.
Səmud xalqının bağışlanma diləmələrini tələb edən günahları:
Hud/11:62 Dedilər ki: "Ey Saleh, sən bundan öncə, aramızda məşhur bir ümid qaynağı idin. İndi sən bizi atalarımızın qulluq/xidmət etdiklərindənmi çəkindirirsən? Biz, sənin bizi çağırdığın şeylərdən şübhə içindəyik."

Şuəra/26:152 "Onlar yer üzündə yaxşılıq deyil, pislik işləyərlər."

Nəml/27:45 Səmuda qardaşları Salehi, "Allaha qulluq edin," desin deyə göndərdik. Bundan sonra, mübahisə edən (ixtilafa düşən) iki qrupa ayrıldılar.
Nəml/27:46 Dedi: "Ey xalqım, Nə üçün yaxşılığın yerinə pislik üçün tələsirsiniz? Mərhəmət olunmağınız üçün Allahdan bağışlanma diləməyinizə ehtiyac yoxdur?"
Nəml/27:47 Dedilər ki, "Sən və bərabərindəkilər bizə uğursuzluq gətirdiniz." Dedi ki, "Sizin uğursuzluğunuz Allahdan gəlməkdədir. Doğrusu siz sınağa çəkilən bir camaatsınız."
Nəml/27:48 Şəhərdə doqquz nəfərdən ibarət bir çətə var idi; bölgədə fəsad çıxarırlar və əsla yaxşı bir şey etmirdilər.
Nəml/27:49 Allaha and içərək bir-birlərinə, "Ona və ailəsinə bir gecə hücumu edək və sonra onun qəbiləsinə, onların ölümü haqqında heç bir şey bilmədiyimizi və doğru danışdığımızı söyləyək," dedilər.
Nəml/27:50 Beləcə bir plan qurdular, ancaq onlar fərqinə varmadan Biz də bir plan qurduq.