Hud - 11:64 "Ey xalqım, Allahın bu dəvəsi sizin üçün bir ayədir. Allahın torpağında buraxın otlasın. Ona pislik etməyin. Yoxsa sizi yaxın bir əzab yaxalayar."
Səmud qövmünə verilən dəvə necə bir (möcüzə) ayədi?
Qamər/54:28 Onlara, suyun (dəvə ilə) aralarında bölüşdürüləcəyini bildir. Hər içim növbə ilə veriləcəkdir.
Qamər/54:27 Dəvəni bir sınaq olaraq göndərəcəyik. Onlara nəzər sal, səbrli ol.

Şuəra/26:155 (Saleh) dedi ki, "Bax bu dəvədir! Onun su içəcəyi müəyyən bir zamanı vardır. Sizin də su içəcəyiniz müəyyən bir gününüz vardır."

Şəms/91:13 Allahın elçisi, onlara, "Allahın dəvəsinə və onun suyuna toxunmayın," demişdi.