Hud - 11:7 O, hansınızın daha yaxşı iş görəcəyini sınamaq üçün göyləri və yeri altı gündə yaradandır. Hökmranlığı suyun üzərində idi. Buna rəğmən, kafirlərə, "Siz ölümdən sonra dirildiləcəksiniz," desən, kafirlər, "Bu, ancaq açıq-aydın bir sehrdir." deyəcəklər.
Göylər necə yaradıldı?
Əraf/7:54 Rəbbiniz Allah, göyləri və yeri altı gündə yaradan və sonra hökmranlığını qurandır. Gecəni, onu durmadan sürətlə təqib edən gündüzə bürüyüb örtər. Günəş, ay və ulduzlar onun hökmünə (əmrinə) boyun əymişdir. Yaratmaq da, yönətmək də Ona aiddir. Aləmlərin Rəbbi olan Allah necə də Uludur!

Rad/13:2 Görə biləcəyiniz bir dirək olmadan göyləri yüksəldən, sonra bütün idarəetmə işinə hakim olan, günəşi və ayı əmri altına alan Allahdır. Hamısı müəyyən bir müddət üçün axıb getməkdədir. Bütün işləri kontrol edər və ayələri detallı olaraq açıqlayar ki, Rəbbinizlə qovuşma barəsində şübhəniz qalmasın.

İbrahim/14:10 Elçiləri: "Göyləri və yeri yarıb yaradan Allahamı şəkk edirsiniz? Günahlarınızı bağışlamaq üçün sizi çağırır və sizə möhlət verir," dedilər. Onlar da, "Siz, ancaq bizim kimi insanlarsınız, atalarımızın qulluq/xidmət etməkdə olduğu şeydən bizi çevirmək istəyirsiniz. Bizə açıq-aydın bir səlahiyyət sənədi gətirin," dedilər.

Hicr/15:16 Göydə qalaktikalar yerləşdirdik və seyr edənlər üçün onları süslədik.

Ənbiya/21:30 İnkar edənlər, görmürlərmi ki, göylər və yer bitişik halda idi və Biz onları partlatdıq? Ayrıca hər canlını da sudan yaratdıq. Hələ də iman etməyəcəklərmi?
Ənbiya/21:32 Göyü qorunmuş bir tavan etdik. Buna rəğmən onlar ondakı işarətlərə maraq göstərməməkdədirlər.

Loğman/31:10 Göyləri, gördüyün bir dirək olmadan yaratmışdır. Və silkələnməməyiniz üçün yer üzünə tarazlıq təminedicilər atıb yerləşdirdi və orada hər növ məxluqu yaydı. Göydən bir su yağdırdıq və orada hər gözəl cütü bitirdik.

Fussilət/41:11 Sonra duman halındakı göyə yönələrək, ona və yerə, "İstəyərək və ya istəməyərək (xaosdan çıxıb) gəlin," dedi. Onlar da, "İstəyərək gəldik," dedilər.
Fussilət/41:12 Beləcə onları iki gündə yeddi göy olaraq tamamladı və hər göyə özünəməxsus qanunları bildirdi. Və Biz ən aşağıdakı göyü isə qəndillərlə və qoruma sistemi ilə təchiz etdik. Bu, Üstün və hər şeyi Bilənin planıdır.

Əhqaf/46:33 Göyləri və yeri yaradan və bunları yaratmaqla yorulmayan Allahın ölüləri dirildə biləcəyini düşünmürlərmi? Bəli, O, hər şeyə Gücü Yetəndir.

Qaf/50:6 Üstlərindəki göyə baxmadılarmı, onu heç bir çatlağı olmadan necə yaratdıq və onu necə süslədik?

Zəriyət/51:47 Göyü gücümüzlə Biz qurduq və onu Biz genişlətməkdəyik.

Rahmən/55:7 Göyü yüksəltdi və ölçünü/tarazlığı qoydu.

Mulk/67:5 Ən aşağı göyü qəndillərlə süslədik və onları şeytanlar üçün bir daşlama etdik. Onlara alovlu atəş əzabını hazırladıq.

Nuh/71:16 Ayı bunların içində bir nur, günəşi də bir lampa etdi.

Naziat/79:27 Sizmi, yoxsa göymü yaradılış baxımından daha çətindir? Onu O yaratdı.