Hud - 11:7 O, hansınızın daha yaxşı iş görəcəyini sınamaq üçün göyləri və yeri altı gündə yaradandır. Hökmranlığı suyun üzərində idi. Buna rəğmən, kafirlərə, "Siz ölümdən sonra dirildiləcəksiniz," desən, kafirlər, "Bu, ancaq açıq-aydın bir sehrdir." deyəcəklər.
"Göyləri, yeri altı gündə yaradan": Əlaqəli
Əraf/7:54 Rəbbiniz Allah, göyləri və yeri altı gündə yaradan və sonra hökmranlığını qurandır. Gecəni, onu durmadan sürətlə təqib edən gündüzə bürüyüb örtər. Günəş, ay və ulduzlar onun hökmünə (əmrinə) boyun əymişdir. Yaratmaq da, yönətmək də Ona aiddir. Aləmlərin Rəbbi olan Allah necə də Uludur!

Yunus/10:3 Göyləri və yeri altı gündə yaradan, sonra hökmranlığını quran Rəbbiniz (sahibiniz) Allahdır. Hər işi idarə edir. İzni olmadan heç kimsə vasitəçilik (şəfaət) edə bilməz. Rəbbiniz Allah budur. Ona qulluq edin. Öyüd almırsınız?

Hud/11:7 O, hansınızın daha yaxşı iş görəcəyini sınamaq üçün göyləri və yeri altı gündə yaradandır. Hökmranlığı suyun üzərində idi. Buna rəğmən, kafirlərə, "Siz ölümdən sonra dirildiləcəksiniz," desən, kafirlər, "Bu, ancaq açıq-aydın bir sehrdir." deyəcəklər.

Furqan/25:59 O ki, göyləri, yeri və aralarındakıları altı gündə yaratdı və sonra bütün hökmranlığını qurdu. Rəhmandır; Onu yaxşı bilənlərdən soruş.

Səcdə/32:4 Allah göyləri, yeri və aralarındakıları altı gündə yaradan və sonra bütün hökmranlığını qurandır. Sizin üçün Ondan ayrı bir vəli (sahib) və şəfaətçi (vasitəçi) yoxdur. Öyüddən anlamırsınız?

Qaf/50:38 Göyləri, yeri və aralarındakıları altı gündə yaratdıq. Heç bir yorğunluq da hiss etmədik.

Hədid/57:4 Odur göyləri və yeri altı gündə yaradan və daha sonra bütün hakimiyyəti quran. Yerə girən və ondan çıxanı, göydən enən və ona yüksələn hər şeyi Bilir. Harada olursunuzsa olun, O sizinlə bərabərdir. Allah bütün etdiklərinizi Görəndir.