Hud - 11:76 "Bundan əl çək İbrahim. Rəbbinin əmri gəlmişdir; onlar qarşısıalınmaz bir əzaba məhkum olmuşdurlar."
Allahın əzabının qarşısı alına və geri çevrilə bilməz:
Ənam/6:147 Səni yalanlayarlarsa: "Rəbbiniz geniş rəhmət sahibidir və Onun cəzası günahkar camaatdan geri çevrilə bilməz," de.
فَاِنْ كَذَّبُوكَ فَقُلْ رَبُّكُمْ ذُورَحْمَةٍ وَاسِعَةٍۚ وَلَا يُرَدُّ بَأْسُهُ عَنِ الْقَوْمِ الْمُجْرِم۪ينَ

Yusuf/12:110 Nə zaman ki, elçiləri ümidlərini kəsdilər və özlərinin yalançı çıxarıldığını sandılar, bax o zaman onlara zəfərimiz gəldi. Həqiqətən, istədiyimiz qurtulur. Əzabımız günahkar topluluğundan geri çevrilə bilməz.
حَتّٰٓى اِذَا اسْتَيْـَٔسَ الرُّسُلُ وَظَنُّٓوا اَنَّهُمْ قَدْ كُذِبُوا جَٓاءَهُمْ نَصْرُنَاۙ فَنُجِّيَ مَنْ نَشَٓاءُۜ وَلَا يُرَدُّ بَأْسُنَا عَنِ الْقَوْمِ الْمُجْرِم۪ينَ