Hud - 11:76 "Bundan əl çək İbrahim. Rəbbinin əmri gəlmişdir; onlar qarşısıalınmaz bir əzaba məhkum olmuşdurlar."
Lut qövmü ilə əlaqəli:
Əraf/7:80 Və Lutu da göndərdik. Xalqına dedi ki: "Sizdən öncə heç kimsənin qıra bilmədiyi bir günahın rekordunumu qırırsınız?"
Əraf/7:81 "Siz, qadınları buraxıb cinsi hisslərlə kişilərə yönəlirsiniz? Siz həddi aşan bir topluluqsunuz!"
Əraf/7:82 Xalqının cavabı, ancaq bunları söyləmək oldu: "Onları şəhərinizdə çıxarın. Bunlar çox təmiz insanlar imiş!"
Əraf/7:83 Biz də onu və ailəsini qurtardıq, fəqət arvadı xaric; o geridə qalanlardandır.
Əraf/7:84 Üstlərinə bir yağmur yağdırdıq. Bax, günahkarların sonuna!"

Hud/11:77 Elçilərimiz Lutun yanına gəlincə, onlara pis davranıldı. Bu durum (Lutun) canını sıxdı və (özü-özünə), "Bu, çox çətin bir gün olacaq", dedi.
Hud/11:78 Xalqı yüyürərək oraya gəldilər; günah işləməyi adət halına gətirmişdilər. "Ey xalqım, bunlar qızlarımdır, onlar sizin üçün daha təmizdir. Allaha hörmət edin, qonaqlarımın qarşısında məni rəzil etməyin. İçinizdə ağlı başında bir adam yoxdur?" dedi.
Hud/11:79 "Bilirsən ki, sənin qızlarına bizim bir ehtiyacımız yoxdur. Sən bizim nə istədiyimizi yaxşı bilirsən," dedilər.
Hud/11:80 (Lut:) "Kaş ki, sizə gücüm yetsəydi və ya güclü dostlara sahib olsaydım," dedi.
Hud/11:81 (Mələklər) dedilər, "Ey Lut, biz, Rəbbinin elçiləriyik. Onlar sənə toxuna bilməzlər. Ailəni gecənin bir vaxtında götürüb başqa yerə apar, sizdən heç kimsə geriyə baxmasın; fəqət sənin arvadın istisna. Digərlərinin başına gələnlər onun da başına gələcəkdir. Onların müəyyən edilmiş zamanı səhər vaxtıdır. Səhər yaxın deyilmi?"
Hud/11:82 Əmrimiz gəlincə onun üstünü altına çevirdik, üzərlərinə qat-qat bərkimiş daş yağdırdıq.
Hud/11:83 Zalımları tapsın deyə Rəbbin tərəfindən müəyyən edilmiş (daşlar)...

Hicr/15:58 "Biz, günahkar bir camaata göndərildik;"
Hicr/15:59 "Ancaq Lutun ailəsi xaric. (Ailəsinin) hamısını qurtaracağıq."
Hicr/15:60 "Yalnız arvadından başqa; onun geridə qalanlardan olmasını qərarlaşdırdıq," dedilər.
Hicr/15:61 Elçilər Lutun ailəsinin yanına gəldiklərində
Hicr/15:63 Dedilər ki: "Onların şübhə duyduqları şeyi sənə gətirdik."
Hicr/15:64 "Sənə gerçəyi gətirdik, biz həqiqətən doğru danışırıq."
Hicr/15:65 "Gecə vaxtı ailənlə birlikdə çıx. Arxalarından izlə və heç biriniz arxaya baxmasın. Sizə əmr edilən yerə gedin."
Hicr/15:66 'Bu xalq, səhər vaxtı məhv ediləcəkdir' şəklindəki əmri ona bildirdik.
Hicr/15:68 (Lut:) "Bunlar qonaqlarımdır, əsla məni utandırmayın."
Hicr/15:70 (Onlar:) "İnsanlarla dialoq qurmaqdan səni çəkindirməmişdikmi?" dedilər.
Hicr/15:71 (Lut) dedi: "Bunlar mənim qızlarımdır. Əgər istəyirsinizsə!"
Hicr/15:72 Çox heyif ki, onlar, sərxoşluqları içində sərgərdan gəzirdilər.
Hicr/15:73 Dan yeri ağararkən onları fəlakətli bir gurultu yaxaladı.
Hicr/15:74 Onun altını üstünə çevirdik. Üzərlərinə palçıqdan olan sərt daşlar yağdırdıq.
Hicr/15:75 Bunda, incələyib araşdıranlar üçün dərslər vardır.
Hicr/15:77 Bunda, iman edənlər üçün bir işarət vardır.

Ənbiya/21:74 Luta da bilgi və hikmət verdik. Onu, çirkin işlər işləyən topluluqdan qurtardıq. Onlar, yoldan çıxmış pis bir camaat idi.
Ənbiya/21:75 Onu mərhəmətimizin əhatəsinə aldıq, çünki o müttəqilərdən idi.

Şuəra/26:161 Qardaşları Lut onlara demişdi ki, "Müttəqi olmayacaqsınız?"
Şuəra/26:164 "Buna qarşı sizdən hər hansısa bir ücrət də istəmirəm. Mənim ücrətim ancaq aləmlərin Rəbbinə aiddir."
Şuəra/26:165 "Siz insanların arasından kişilərəmi üz tutursunuz?"
Şuəra/26:166 "Rəbbinizin sizin üçün yaratdığı zövcələrinizi tərk edərək? Siz, gerçəkdən həddi çox aşan bir camaatsınız."
Şuəra/26:167 Dedilər, "Bax, Lut, bu rəftarına son qoymasan, sürgün edilənlərdən olacaqsan!"
Şuəra/26:168 Dedi ki, "Mən, bu davranışınızı iyrənc görürəm."
Şuəra/26:169 "Rəbbim, məni və ailəmi bu etdiklərindən qurtar."
Şuəra/26:173 Üzərlərinə bir növ yağmur yağdırdıq; xəbərdarlıq edilənlərin yağmuru necə də fəlakətli bir yağmurdur.
Şuəra/26:174 Əlbəttə bunda bir dərs vardır; amma çoxları iman etməzlər.

Nəml/27:54 Lut da xalqına demişdi ki, "Gördüyünüz halda necə olur ki, belə bir pisliyi işləyirsiniz?"
Nəml/27:55 "Qadınları buraxıb kişilərləmi cinsi əlaqəyə girirsiniz? Siz gerçəkdən çox cahil bir topluluqsunuz."
Nəml/27:56 Xalqının cavabı sadəcə, "Lutun ailəsini Qəsəbənizdən çıxarın. Onlar təmiz qalmaq istəyirlər," demək oldu.
Nəml/27:57 Biz də onu və ailəsini qurtardıq, yalnız arvadından başqa; onu geridə qalanlardan saydıq.
Nəml/27:57 Biz də onu və ailəsini qurtardıq, yalnız arvadından başqa; onu geridə qalanlardan saydıq.
Nəml/27:58 Üstlərinə bir yağmur yağdırdıq. Xəbərdar edilmişlərin yağmuru necə də pis idi.

Ənkəbut/29:28 Lutu da göndərdik! Xalqına dedi ki: "Sizdən öncə heç kimsənin işləmədiyi ölçüdə bir günahı işləyirsiniz."
Ənkəbut/29:29 "Siz kişilərlə cinsi əlaqə  qurur, yolları kəsir və toplantılarınızda hər pisliyi işləyirsiniz. Xalqının bircə cavabı, "Doğrulardansansa, Allahın əzabını gətir görək," demələri oldu.
Ənkəbut/29:30 "Rəbbim, bu fəsadçı topluluğa qarşı mənə zəfər ver," dedi.
Ənkəbut/29:31 Elçilərimiz İbrahimin yanına müjdə ilə daxil oluqları zaman, "Bu şəhərin (Sodom) sakinlərini məhv etmək üzrəyik. Çünki oranın sakinləri zalım oldular," dedilər.
Ənkəbut/29:32 Dedi ki, "Amma orada Lut var." Onlar da dedilər, "Orada kimlərin olduğunu yaxşı bilirik. Onu və ailəsini qurtaracağıq, fəqət arvadı xaric; o geridə qalanlardandır."
Ənkəbut/29:33 Elçilərimiz Lutun yanına gəldiklərində elçilərimizə ediləm müamiləyə görə (Lut) narahat olmağa başladı, pis vəziyyətdə qaldı. Ona dedilər ki, "Qorxma, üzülmə. Biz səni və ailəni qurtaracağıq. Arvadın xaric; o geridə qalanlardan olmuşdur."
Ənkəbut/29:34 "Yoldan çıxdıqları üçün, biz bu şəhərin üzərinə göydən bir fəlakət endirəcəyik."
Ənkəbut/29:35 Ağlını işlədən bir camaat üçün açıq-aşkar bir dərs olaraq oradan bəzi qalıqlar (xarabalıqlar) buraxdıq.

Saffat/37:137 Siz dağıntılarının yanından keçirsiniz; səhər vaxtı,

Qamər/54:34 Üzərlərinə daş yağdıran bir fırtına göndərdik, yalnız Lutun ailəsini səhər vaxtı qurtardıq.
Qamər/54:35 Qatımızdan bir yaxşılıq olaraq. Şükür edəni bax belə mükafatlandırırıq.
Qamər/54:36 Onları bu yaxalamamıza qarşı xəbərdar etmişdi; ancaq onlar xəbərdarlıqları şübhə ilə qarşıladılar.
Qamər/54:37 Onun qonaqlarına göz dikdilər, Biz də onları kor etdik. Əzabımı və xəbərdarlıqlarımı dadın görək.
Qamər/54:38 Ertəsi gün, yaman bir əzab səhərlərini qutladı (qarşıladı).