Hud - 11:84
Mədyənə də qardaşları Şueybi... Dedi ki: "Ey xalqım, Allaha qulluq edin, Ondan başqa tanrınız yoxdur. Ölçünü və çəkini əskiltməyin. Sizi rifah içində görürəm və sizin üçün, (sizi) bürüyəcək bir günün əzabından qorxuram.
Allah elçiləri (xəbərdar edən) öz xalqının arasından seçər:
Yunus/10:2
Özlərindən bir adama: "İnsanları xəbərdar et və iman edənlərə Rəbləri qatında önəmli bir yerə sahib olduqlarını müjdələ," deyə vəhy etməmiz insanlara qəribəmi gəlir? İnkar edənlər, "Bu, açıq-aşkar bir sehrbazdır," dedilər.
Yunus/10:16
De ki: "Allah istəsəydi, onu sizə oxuya bilməzdim və sizin də ondan xəbəriniz olmazdı. Bundan öncə bir ömür boyu aranızda yaşadım. Anlamırsınız?"
Yusuf/12:109
Səndən öncə, şəhərlərin əhalisinin arasından (seçib) vəhy etdiyimiz adamlardan başqasını göndərmədik. Yer üzünü gəzib dolaşıb özlərindən öncəkilərin aqibətini görmürlərmi? Müttəqilər üçün axirət yurdu daha yaxşıdır; anlamırsınız?
Sad/38:4
Onlara, özlərindən bir xəbərdarlıq edənin gəlməsinə yadırğadılar. İnkar edənlər, "Bu çox yalançı bir sehrbazdır," dedilər,
Qaf/50:2
İçlərindən xəbərdarlıq edən birinin onlara gəlməsini qəribə qarşıladılar! Kafirlər, "Bu, qəribə bir şeydir," dedilər,
Cumuə/62:2
O ki, ümmilərin arasından, özlərindən olan bir elçi göndərmişdir ki, onlara Onun ayələrini oxuyur, onları təmizləyir və onlara kitabı və hikməti öyrədir. Bundan öncə onlar açıq aşkar bir azğınlıq içində idilər.
Bəqərə/2:151
Həmçinin, sizə ayələrimi oxuyacaq, sizləri təmizləyəcək, sizə kitab və hikməti öyrədəcək, bilmədiklərinizi bildirəcək bir elçini aranızdan seçib göndərdik.
Muminun/23:32
Onlara, (öz) aralarından bir elçi göndərdik: "Allaha qulluq edin, sizin Ondan başqa bir tanrınız yoxdur. Hörmət qoyub, müttəqi davranmayacaqsınız?"
Maidə/5:20
Musa öz xalqına belə demişdi: “Ey xalqım! Allahın üzərinizdəki nemətini xatırlayın: Aranızdan peyğəmbərlər çıxardı, sizi azad kimsələr etdi və xalqların heç birinə vermədiyini sizə verdi."
Əraf/7:69
"Sizi xəbərdar etmək məqsədilə Rəbbinizdən bir mesajın aranızdan bir adama gəlməsinəmi təəccübləndiniz? Nuhun xalqından sonra sizi varislər etdiyini və xilqətcə sizi onlardan güclü etdiyini xatırlayın. Uğur qazanmanız üçün Allahın nemətlərini düşünün."
Saffat/37:72
Onların içindən xəbərdar edənlər göndərmişdik.
Əraf/7:35
Adəm oğulları, sizə içinizdən elçilər gəlib sizə ayələrimi bildirdikləri zaman dinləyib özlərini düzəldənlərə nə bir qorxu vardır, nə də onlar üzülərlər.
Əraf/7:63
"Sizi xəbərdar etmək üçün və müttəqi bir həyat yaşayıb mərhəmətə nail olasınız deyə, sizdən bir adama Rəbbinizdən bir mesajın gəlməsinəmi təəccübləndiniz?"
Bəqərə/2:129
"Rəbbimiz, onların arasından, ayələrini onlara oxuyacaq, onlara kitabı və hikməti öyrədəcək və onları təmizləyəcək bir elçi göndər. Sən Ucasan, Hikmət Sahibisən."