Hud - 11:9 İnsana Özümüzdən bir rəhmət daddırsaq və sonra ondan geri alsaq, ümidsizliyə qapılar, nankorlaşar.
"İnsana özümüzdən bir rəhmət daddırsaq və sonra ondan geri alsaq, ümidsizləşər, nankorlaşar": Əlaqəli
Hud/11:9 İnsana Özümüzdən bir rəhmət daddırsaq və sonra ondan geri alsaq, ümidsizliyə qapılar, nankorlaşar.

İsra/17:83 İnsana nemət verdiyimiz zaman, üz çevirib yan keçər. Ona pislik toxununca da ümidsizliyə düşər.

Həcc/22:11 İnsanlardan elələri vardır ki, Allaha şərti olaraq qulluq edər. İşləri yolunda gedincə sevinər; ancaq başına bir bəla gəlincə üzünü çevirər. Beləcə dünyanı da, axirəti də itirər. Gerçək itki bax budur.

Fussilət/41:49 İnsan, yaxşılıq istəməkdən bezib yorulmaz. Ancaq ona bir pislik toxunduğunda ümidsizdir, bədbindir.
Fussilət/41:50 Sıxıntısının ardından, ona Bizdən bir rəhmət daddırsaq, "Bu mənə aiddir. Dünyanın sonunun da gələcəyini sanmıram. Rəbbimə döndərilərəmsə də, Onun qatında mənim üçün daha gözəl şeylər vardır," deyər. İnkar edənlərə, etdiklərinin gerçək mahiyyətini əlbəttə xəbər verəcəyik. Çətin (şiddətli) bir əzabdan daddıracağıq onlara.
Fussilət/41:51 İnsana bir nemət verdiyimiz zaman, üz çevirib yan keçər. Başına bir pislik gəldiyində isə yalvarıb-yaxarar.

Şura/42:48 Üz çevirirlərsə, Biz səni onlara bir nəzarətçi olaraq göndərmədik. Sənin öhdənə düşən sadəcə bildirməkdir. Biz insana Öz tərəfimizdən bir rəhmət daddırdığımız zaman onunla sevinir; Amma öz etdiklərinin bir nəticəsi olaraq başlarına bir pislik gəlsə, o zaman insan nankorlaşır.


Rum/30:48 Allah küləkləri göndərərək buludları sürüyər, onları istədiyi kimi göydə yayıb üst-üstə yığar və sən də onların arasından yağmurun çıxdığını görərsən. Qullarından istədiyinin üzərinə onu yağdırınca dərhal sevinərlər.
Rum/30:49 Halbuki onlar, onun (yağmurun) onların üzərinə yağmadan öncə ümidsiz idilər.
Rum/30:50 Allahın rəhmətinin məhsullarına bax; ölümündən sonra torpağı necə də dirildir. Bunun kimi ölüləri də dirildəcəkdir. O hər şeyə Gücü Yetəndir.
Rum/30:51 Ancaq, O bir fırtına göndərsə və onlar (əkinlərin quruyub) saraldığını görsələr dərhal inkar və nankorluq etməyə başlayarlar.

Şura/42:28 Ümidlərini kəsmələrindən sonra yağmuru endirən və rəhmətini yayandır. O, Tərifəlayiq bir Dostdur.