Hud - 11:96 Musanı ayələrimizlə (möcüzə və vəhyimizlə) və qəti bir səlahiyyətlə göndərdik
"Musanı açıq-aşkar bir səlahiyyət (dəlil) ilə göndərdik.": Səlahiyyət (dəlil) nədir?
Qasas/28:30 Oraya yetişincə (yanan) ağacın olduğu mübarək bölgədə, sağ yamacın kənarından ona səslənildi: "Musa, Mən aləmlərin Rəbbi Allaham."
Qasas/28:31 "Dəyənəyini at!" Onu bir ilan kimi titrəşən görüncə, ardına belə baxmadan dönüb qaçdı. "Musa, (geri) dön, qorxma! Sən güvəndəsən!"
Qasas/28:32 "Əlini qoynuna sal, qüsursuz ağappaq çıxsın. Qorxudan açılan qanadlarını qatlayıb endir. Bu ikisi, Firon və zadəgan dəstəsinə qarşı Rəbbindən iki dəlildir. Onlar yoldan çıxan bir camaat olmuşlar."
Qasas/28:33 (Musa) dedi ki, "Rəbbim, Mən onlardan bir nəfəri öldürmüşdüm. Məni öldürəcəklərindən qorxuram."
Qasas/28:34 "Ayrıca, qardaşım Harun məndən daha yaxşı danışır. Onu mənimlə birlikdə, məni dəstəkləyən bir yardımçı olaraq göndər. Məni yalanlamalarından qorxuram."
Qasas/28:35 (Allah) dedi ki, "Səni bazunu qardaşınla gücləndirəcəyik və ikinizə elə bir səlahiyyət verəcəyik ki, sizə toxuna bilməyəcəklər. Siz ikiniz və sizin ardınızca gedənlər möcüzələrimizlə zəfər qazanacaqsınız."