Yusuf - 12:1 Əlif. Ləm. Ra. Bu (hərflər), açıq-aşkar Kitabın möcüzələridir.
Quran açıq-aşkar, asan və təfsilatlı bir kitabdır:
Hud/11:1 Əlif. Ləm. Ra. (Bu) elə bir kitabdır ki, Hikmət sahibi və hər şeydən Xəbərdar biri tərəfindən ayələri sağlamlaşdırılmış və sonra da açıqlanıb detallanmışdır.

Əraf/7:52 Bilgi ilə detallandırdığımız, iman edən bir camaat üçün yol göstərici və rəhmət olan bir kitabı onlara gətirdik.

Yunus/10:37 Bu Quran, Allahdan başqası tərəfindən hazırlanan bir kitab deyildir. Ancaq özündən öncəkiləri təsdiqləyən və kitabın (qanunların) detallı bir açıqlamasıdır. Bunda şübhəniz olmasın; aləmlərin Rəbbindəndir.

Ənam/6:97 Qurunun və dənizin qaranlıqlarında yollarınızı tapa biləsiniz deyə sizin üçün ulduzları yaradan Odur. Bilən bir camaat üçün ayələri detallı olaraq açıqlamışıq.
Ənam/6:114 Allahdan başqa qanun qoyanmı axtarım? O ki sizə kitabı detallı olaraq nazil etmişdir. Özlərinə kitab verdiklərimiz onun Rəbbin tərəfindən nazil edildiyini bilirlər. O halda şübhəyə düşənlərdən olma.
Ənam/6:126 Bu, Rəbbinin ən doğru yoludur. Öyüd alan bir camaat üçün ayələri detallı olaraq açıqlamışıq.

Yusuf/12:111 Onların tarixində, şüur sahibləri üçün bir dərs vardır. Bu, uydurma bir hədis deyil; fəqət özündən öncəkilərin təsdiqləyicisi, hər şeyin detallı açıqlaması və iman edənlər üçün bir hidayət və Rəhmətdir.

Ənam/6:38 Qanadlarıyla uçan quşlar daxil, Yer üzündəki bütün yaradılmışlar (məxluqat) sizin kimi bir cəmiyyətdir. Biz kitabda heç bir şeyi əskik buraxmadıq. Sonra onlar (bütün məxluqat) Rəblərinin hüzuruna toplanacaq.


Yusuf/12:1 Əlif. Ləm. Ra. Bu (hərflər), açıq-aşkar Kitabın möcüzələridir.

Bəqərə/2:99 Sənə açıq-aşkar ayələr nazil etdik. Yoldan çıxanlardan başqası onları inkar etməz.

Yunus/10:15 Onlara açıq-aşkar ayələrimiz oxunduğu zaman, Bizə qovuşmağı ümid etməyənlər, "Bundan başqa bir Quran gətir, yaxud onu dəyişdir!" deyərlər. De ki: "Onu öz tərəfimdən dəyişdirə bilmərəm. Mən yalnız mənə vəhy edilənə tabe oluram. Rəbbimə qarşı gələrsəm, böyük günün əzabından qorxuram."

Hicr/15:1 Əlif. Ləm. Ra. Bu (hərflər) kitabın və açıq-aşkar Quranın möcüzələridir.

Məryəm/19:73 Onlara ayələrimiz açıq-aşkar olaraq oxunduğu zaman inkar edənlər iman edənlərə, "Hansımız rifah və say baxımından daha çox üstünlüyə sahibdir?" deyərlər.

Həcc/22:16 Beləcə, Biz onu açıq-aşkar ayələr olaraq nazil etdik. Allah istədiyini və istəyəni doğruya yetişdirir.
Həcc/22:72 Onlara açıq-aşkar ayələrimiz oxunduğunda, inkar edənlərin üzündə inkarçılığı oxuyarsan. Onlara ayələrimizi oxuyanların üzərinə az qala hücum edəcəklər. De ki, "Bundan daha pisini sizə bildirimmi? Atəş! Allah onu kafirlərə vəd etmişdir. Necə də pis bir aqibətdir!"

Nur/24:1 Bu, nazil edərək qanun olaraq yayımladığımız bir surədir, öyüd alasınız deyə içinə açıq-aşkar ayələr yerləşdirdik.
Nur/24:34 Açıq-aşkar ayələr nazil etmişik, sizdən öncə keçmiş kimsələrdən örnəklər və müttəqilər üçün bir öyüd.
Nur/24:46 Açıq-aşkar ayələr nazil etmişik. Allah istədiyini/istəyəni doğru yola yönəldir.

Nəml/27:1 Ta. Sin. Bu (hərflər), Quranın, açıq-aşkar bir kitabın möcüzələridir.


Ənkəbut/29:49 Gerçəkdə o, özlərinə bilgi verilmiş olanların köksündə açıq-aşkar ayələrdir. Zalımlardan başqası ayələrimizi rədd etməz.

Ya sin/36:69 Ona şer öyrətmiş deyilik, zatən ona uyğun deyil. Bu, ancaq bir mesaj və açıq-aşkar bir Qurandır.


Əhqaf/46:7 Onlara açıq-aşkar ayələrimiz oxunduğunda, özlərinə gələn gerçəyə qarşı çıxanlar: "Bu, açıq-aydın bir sehrdir" dedilər.

Hədid/57:9 Sizi qaranlıqlardan aydınlığa çıxarmaq üçün quluna açıq-aşkar ayələri nazil edən Odur. Şübhəsiz, Allah sizə qarşı Şəfqətlidir, Rəhmlidir.

Mucadilə/58:5 Allaha və Elçisinə qarşı gələnlər, özlərindən öncəkilər necə alçaldıldısa, eləcə alçaldılacaqlar. Biz, açıq-aşkar ayələr nazil etmişik. İnkar edənlər üçün utandırıcı bir əzab vardır.

Talaq/65:11 Bir elçi göndərmişdir. İman edib müttəqi davrananları qaranlıqlardan aydınlığa çıxartmaq üçün sizə Allahın açıq-aşkar ayələrini oxuyur. Kim Allaha iman edər və müttəqi davranarsa, onu içində çaylar axan cənnətlərə daxil edər; orada əbədi qalarlar. Allah ona gözəl ruzi vermişdir.

İsra/17:12 Gecəni və gündüzü iki ayə (dəlil) etdik. Rəbbinizin nemətlərini axtarasınız və illərin hesabını biləsiniz deyə gecənin ayəsini sildik, gündüzün ayəsini aydınlıq etdik. Biz hər şeyi təfsilatı ilə açıqlayırıq.

Məryəm/19:97 Bunu sənin dilinlə asanlaşdırdıq; onunla müttəqiləri müjdələyəsən və inadkar camaata xəbərdarlıq edəsən deyə.

Duxan/44:58 Bunu sənin dilinlə asanlaşdırdıq ki, öyüd alsınlar.

Qamər/54:17 Quranı mesaj üçün asanlaşdırdıq; Öyüd alan yoxdur?
Qamər/54:22 Quranı mesaj üçün asanlaşdırdıq; Öyüd alan yoxdur?
Qamər/54:32 Quranı mesaj üçün asanlaşdırdıq; Öyüd alan yoxdur?
Qamər/54:40 Quranı mesaj üçün asanlaşdırdıq; Öyüd alan yoxdur?

Əraf/7:52 Bilgi ilə detallandırdığımız, iman edən bir camaat üçün yol göstərici və rəhmət olan bir kitabı onlara gətirdik.

Ənam/6:154 Həqiqətən, ən gözəl şəkildə tamamlanmış, hər şeyin detallı açıqlaması, hidayət və rəhmət olaraq Musaya kitabı verdik ki, Rəbləriylə qovuşmağa iman etsinlər.
Ənam/6:126 Bu, Rəbbinin ən doğru yoludur. Öyüd alan bir camaat üçün ayələri detallı olaraq açıqlamışıq.
Ənam/6:97 Qurunun və dənizin qaranlıqlarında yollarınızı tapa biləsiniz deyə sizin üçün ulduzları yaradan Odur. Bilən bir camaat üçün ayələri detallı olaraq açıqlamışıq.
Ənam/6:114 Allahdan başqa qanun qoyanmı axtarım? O ki sizə kitabı detallı olaraq nazil etmişdir. Özlərinə kitab verdiklərimiz onun Rəbbin tərəfindən nazil edildiyini bilirlər. O halda şübhəyə düşənlərdən olma.
Ənam/6:119 Sizə nə olur ki, üzərində Allahın ismi xatırlananlardan yemirsiniz? Halbuki məcburi hallar xaricində sizə qadağan edilənləri təfsilatı ilə sizə açıqlamışdır. Bir çoxları, biliyə əsaslanmayan şəxsi fikirləriylə insanları azdırır. Rəbbin həddi aşanları ən yaxşı biləndir.

Əraf/7:32 De ki: "Allahın, Öz qulları üçün yaratdığı süsləri və gözəl ruziləri kim haram edə bilər?" De ki: "Onlar dünya həyatında iman edənlər üçündür, axirətdə isə sadəcə onlar üçündür." Bilən bir camaat üçün ayələrimizi bu cür detallı açıqlayırıq.

Rad/13:2 Görə biləcəyiniz bir dirək olmadan göyləri yüksəldən, sonra bütün idarəetmə işinə hakim olan, günəşi və ayı əmri altına alan Allahdır. Hamısı müəyyən bir müddət üçün axıb getməkdədir. Bütün işləri kontrol edər və ayələri detallı olaraq açıqlayar ki, Rəbbinizlə qovuşma barəsində şübhəniz qalmasın.

Rum/30:28 Bax sizə öz içinizdən bir örnək verir: Əmriniz altındakı kimsələri, sizə verdiyimiz ruzilərdə sizə tay ortaqlar olaraq qəbul edərsinizmi? Bir-birinizdən çəkindiyiniz kimi onlardan da çəkinərsinizmi? Ağlını işlədən bir camaat üçün ayələri bu cür detallı açıqlayırıq.