Rad - 13:18 Rəblərinin dəvətini qəbul edənlər gözələ layiq olarlar. Onun dəvətini qəbul etməyənlər isə, yer üzündə olanların hamısına və bir o qədərinə də sahib olsalar belə qurtulmaq üçün hamısını fidyə olaraq verməyə hazır olacaqlar. Sorğu-sual olunmanın ən pisi onlar üçündür və yerləri cəhənnəmdir; necə də fəlakətli qalınacaq yerdir o!
Qurtulma nədir?
Tovbə/9:72 Allah, iman edən kişilərə və iman edən qadınlara içindən çaylar axan, əbədi qalacaqları cənnətlər və Ədn cənnətlərində gözəl evlər söz vermişdir. Allahın razı olması isə hamısından daha böyük bir şeydir. Məhz ən böyük qurtuluş budur.

Ali İmran/3:185 Hər kəs ölümü dadacaqdır. Dirilmə günü mükafatlarınız sizə tam olaraq verilər. Kim atəşdən qurtarılıb cənnətə daxil olarsa, zəfər qazanmış olar. Dünya həyatı ancaq aldadıcı bir zövqdən ibarətdir.

Saff/61:10 Ey iman edənlər, sizi ağrılı-acılı əzabdan qurtaracaq bir ticarəti sizə göstərimmi?
Saff/61:11 Allaha və elçisinə iman edirsiniz, Allahın yolunda canınız və paranızla (pulunuzla) səy göstərirsiniz. Bu sizin üçün ən yaxşısıdır, bir bilsəniz.
Saff/61:12 Günahlarınızı bağışlayar və sizi içindən çaylar axan bağçalara və Ədn bağçalarındakı saraylara daxil edər. Böyük uğur budur.

Nəbə/78:35 Orada nə boş bir söz, nə də bir yalan eşidməzlər.
Nəbə/78:36 Rəbbindən bir qarşılıq; hesablanmış bir ərməğandır.