Rad - 13:3 O ki, Yer üzünü inşa edib, üzərinə sağlam dağlar, çaylar və erkəkli-dişili yaratdığı hər cür meyvəni yerləşdirdi. Gecəni gündüzə bürüyür. Düşünən bir camaat üçün əlbəttə bunda işarətlər və dərslər vardır.
"Gecəni gündüzə bürüyər": Əlaqəli
Rad/13:3 O ki, Yer üzünü inşa edib, üzərinə sağlam dağlar, çaylar və erkəkli-dişili yaratdığı hər cür meyvəni yerləşdirdi. Gecəni gündüzə bürüyür. Düşünən bir camaat üçün əlbəttə bunda işarətlər və dərslər vardır.


Əraf/7:54 Rəbbiniz Allah, göyləri və yeri altı gündə yaradan və sonra hökmranlığını qurandır. Gecəni, onu durmadan sürətlə təqib edən gündüzə bürüyüb örtər. Günəş, ay və ulduzlar onun hökmünə (əmrinə) boyun əymişdir. Yaratmaq da, yönətmək də Ona aiddir. Aləmlərin Rəbbi olan Allah necə də Uludur!

Fatir/35:13 Gecəni gündüzün içinə salar, gündüzü də gecənin içinə salar. Müəyyən edilmiş bir müddətə qədər axıb gedən günəşi və ayı əmri altına almışdır. Rəbbiniz Allah bax belədir; Hökmranlıq Ona aiddir. Ondan başqa çağırdıqlarınız isə nüvə membranını belə idarə edə bilməzlər.

Loğman/31:29 Allahın gecəni gündüzün içinə saldığını, gündüzü də gecənin içinə saldığını, günəşi və ayı kontrolu altında saxladığını, hər birinin müəyyən edilmiş bir müddətə qədər axıb getməkdə olduğunu və Allahın onların etdiklərindən xəbərdar olduğunu görmürsünüz?

Zumər/39:5 Göyləri və yeri gerçək ilə yaratdı. Gecəni gündüzün üzərinə yuvarlayar və gündüzü də gecənin üzərinə yuvarlayar. Günəşi və ayı da əmri altına salmış və onların hər biri bəlli bir vaxta qədər axıb getməkdədir. Həqiqətən, O Üstündür, Bağışlayandır.

Hədid/57:6 Gecəni gündüzə daxil edər, gündüzü də gecəyə daxil edər. O, kökslərin içindəkini bilir.

Ali İmran/3:27 Gecəni gündüzün içinə salarsan, gündüzü də gecənin içinə salarsan. Ölüdən diri çıxararsan, diridən ölü çıxararsan. İstədiyinə də saysız ruzi verərsən.

Həcc/22:61 Bu gerçəkləşəcəkdir. Çünki Allah Gecəni gündüzə daxil edər, gündüzü də gecəyə daxil edər və Allah Eşidəndir, Biləndir.