Rad - 13:32 Səndən əvvəlki elçilərə də istehza edildi. İnkar edənlərə fürsət verdim və axırda onları yaxaladım. Nəticə necə idi?
Allah verdiyi möhlət və nemətlər ilə inkar edənlərin günahlarını artırır:
Rad/13:32 Səndən əvvəlki elçilərə də istehza edildi. İnkar edənlərə fürsət verdim və axırda onları yaxaladım. Nəticə necə idi?

Məryəm/19:75 De ki: "Azğınlığa düşənlərə Rəhman bir möhlət verər. Cəzanı və dünyanın sonunu görüncəyə qədər... Pis yerə və zəif orduya kimin sahib olduğunu öyrənəcəklər."

Ali İmran/3:178 İnkar edənlər, verdiyim möhlətin onlar üçün yaxşı olduğunu sanmasınlar. Günahlarının artması üçün onlara möhlət veririk. Onlara alçaldıcı bir əzab var.

Ənam/6:123 Hər ölkənin öndə gələn günahkarlarına, orada hiylə və intriqa etmələri üçün izin verdik. Əslində özlərindən başqasını aldatmırlar. Amma fərqində deyillər.

İsra/17:16 Biz bir cəmiyyəti məhv etmək istədiyimiz zaman onun öncü varlılarının orada pislik etməsinə izin verərik. Beləcə o cəmiyyətə verilmiş söz gerçəkləşər və onu yerlə bir edərik.

Bəqərə/2:126 İbrahim: “Rəbbim, buranı təhlükəsiz yer et, Allaha və Axirət gününə iman edən insanlara məhsullarla ruzi ver," deyincə, "İnkar edənə də ruzi verəcəyəm. Ona qısa bir müddət dolanışıq verər, sonra onu atəş cəzasına məhkum edərəm. Ora, necə də pis bir gediş yeridir!" - dedi.

Tovbə/9:55 Onların paraları və övladları səni təsirə salmasın. Allah bunlarla, onları dünya həyatında cəzalandırmaq və canlarının inkarçı olaraq çıxmasını istəyir.

Muminun/23:52 Sizin bu cəmiyyətiniz, tək bir cəmiyyətdir. Mən sizin Rəbbinizəm, Mənə hörmət edin.
Muminun/23:53 Fəqət, onlar işlərini müxtəlif kitablara ayırdılar. Hər qrup öz yanında olandan razı...
Muminun/23:54 Müəyyən bir müddətə qədər onları şaşqınlıqları içində burax!
Muminun/23:55 Elə bilirlər ki, onlara bağışladığımız paralar və övladlar ilə,
Muminun/23:56 Onların yaxşılığına tələsirik? Xeyr, fərqində deyillər.

Loğman/31:24 Onları bir az yaşadarıq, sonra da ağır bir cəzaya sürüyərik.

Muzzəmmil/73:11 Var-dövlət sahibi olub, səni yalanlayanları mənə burax; onlara bir az möhlət ver.
Muzzəmmil/73:13 Udulması çətin bir yeyəcək ve ağrılı-acılı bir əzab...

Tariq/86:17 Elə isə inkar edənlərə az bir müddət yenə möhlət ver.