Rad - 13:5 Təəccüblənəcəksənsə, onların bu sözlərinə təəccüblənməlisən: "Biz torpaq olduqdan sonra yenidənmi yaradılacağıq?" Bax onlar, Rəblərini inkar edənlərdir. Onlar, boyunlarına qandallar vurulmağa layiq olanlardır. Onlar Atəşin əhlidir; həqiqətən orada əbədi qalacaqlar.
Onların bu sözünə nə üçün təəccüblənməlidir? Çünki dirilmədə zatən bütün insanlar, təkrar yaradılacaq. Daha əvvəl, yəni ilk yaradılışda insan, heç bir şey deyilkən yaradılmışdı!
Məryəm/19:66 "Öldüyüm zaman diri olaraq çıxarılacağammı?" deyə soruşur insan.
Məryəm/19:67 İnsan, öncədən heç bir şey deyilkən onu necə yaratdığımızı düşünmürmü?
Məryəm/19:8 "Rəbbim, mənim necə bir oğlum ola bilər? Arvadım qısır, mən isə həddən artıq yaşlıyam," dedi.
Məryəm/19:9 "Bəli elədir, (lakin) Rəbbin, 'O iş Mənim üçün asandır. Daha öncə səni yaratmışdım və sən heç bir şey deyildin' deyir."