Rad - 13:5
Təəccüblənəcəksənsə, onların bu sözlərinə təəccüblənməlisən: "Biz torpaq olduqdan sonra yenidənmi yaradılacağıq?" Bax onlar, Rəblərini inkar edənlərdir. Onlar, boyunlarına qandallar vurulmağa layiq olanlardır. Onlar Atəşin əhlidir; həqiqətən orada əbədi qalacaqlar.
İnkar edənlərin boyunlarına ağır zəncirlər vurular:
Rad/13:5
Təəccüblənəcəksənsə, onların bu sözlərinə təəccüblənməlisən: "Biz torpaq olduqdan sonra yenidənmi yaradılacağıq?" Bax onlar, Rəblərini inkar edənlərdir. Onlar, boyunlarına qandallar vurulmağa layiq olanlardır. Onlar Atəşin əhlidir; həqiqətən orada əbədi qalacaqlar.
Səba/34:33
Gücsüzləşdirilənlər, təkəbbürlənənlərə, "Əsil siz idiniz. Bizim Allaha qarşı nankorluq göstərməmiz və Ona ortaqlar qoşmamız üçün gecə-gündüz planlar qururdunuz." Əzabı gördükləri zaman içlərində peşmançılıq hiss edərlər. İnkar edənlərin boyunlarına zəncirlər vurmuşuq. Yalnız etdiklərinin qarşılığını almırlarmı?
Ğafir/40:71
Boyunlarında halqalar və zəncirlərlə sürüklənəcəklər.
Ğafir/40:72
Qaynar suda, sonra da atəşdə yandırılacaqlar.
İnsan/76:4
İnkar edənlər üçün zəncirlər, buxovlar və alovlu bir atəş hazırlamışıq.
İbrahim/14:43
Başları boyunları üstündə sərt hərəkətsiz halda durmuş, göz qapaqlarını da qırpmadan qorxudan zehinləri bomboş bir halda qaçırlar.