İbrahim - 14:1
Əlif. Ləm. Ra. Bir kitabdır. Onu sənə nazil etdik ki, insanları Rəblərinin izni ilə qaranlıqlardan aydınlığa çıxarasan, O Güclü və Tərifə layiq olanın yoluna...
Hər şey istər-istəməz Allahı tərifləyir, ucaldır:
İsra/17:44
Yeddi göy və onların içindəkilər Onu ucaldaraq xatırlayarlar. Heç bir şey yoxdur ki, Onu tərifləyərək və ucaldaraq xatırlamasın; amma siz onların xatırlamalarını anlamazsınız. O Şəfqətlidir, Bağışlayandır.
Əraf/7:54
Rəbbiniz Allah, göyləri və yeri altı gündə yaradan və sonra hökmranlığını qurandır. Gecəni, onu durmadan sürətlə təqib edən gündüzə bürüyüb örtər. Günəş, ay və ulduzlar onun hökmünə (əmrinə) boyun əymişdir. Yaratmaq da, yönətmək də Ona aiddir. Aləmlərin Rəbbi olan Allah necə də Uludur!
Rad/13:13
Göy gurultusu Onu tərifləyərək, Mələklər də Onu hörmətlə Ucaldırlar. O, ildırımları göndərir və istədiyini onlarla vurar. Onlar hələ də, Allah haqqında mübahisə edirlər. O, Yenilməz gücə sahibdir.
Rad/13:15
Göylərdə və yerdə olan hər kəs istər-istəməz Allaha səcdə edər. Kölgələri də səhər-axşam...
Nəhl/16:48
Allahın yaratdığı şeylərə baxmırlarmı ki, kölgələri Allaha səcdə edərək sağdan və soldan sürünərək gedib-gəlir?
Nəhl/16:49
Göylərdə və yerdə olan bütün məxluqlar və mələklər Allaha səcdə edərlər və təkəbbür göstərməzlər.
Həcc/22:18
Göylərdə və yerdə olan kimsələrin, günəşin, ayın, ulduzların, dağların, ağacların, heyvanların və insanlardan bəzisinin Allaha səcdə etdiklərini (boyun əydiklərini) görmürsənmi? Bir çoxu da əzaba layiq görülmüşdür. Allahın alçaltdığını kimsə şərəfli edə bilməz. Allah istədiyini edər.
Nur/24:41
Cərgələr halında uçan quşlar daxil, göylərdə və yerdə olan hər kəsin Allahı ucaltdığını görmürsənmi? Hər biri öz duasını və ucaltma yöntəmini bilir. Allah onların etdiklərini yaxşı bilir.
Sad/38:17
Onların sözlərinə qarşı səbrli ol, bacarıqlı bir qulumuz olan Davudu xatırla; O sürəkli (Tanrıya) yönəlirdi.
Sad/38:18
Dağları onun əmrinə vermişdik; onunla birlikdə axşam və sübh çağı (Tanrını) ucaldırdılar.
Rahmən/55:6
Ulduzlar və ağaclar səcdə etməkdədirlər.
Hədid/57:1
Göylərdə və yerdə nə varsa, Allahı ucaldır. O, Üstündür, Hikmət Sahibidir.
Həşr/59:24
O, Yaradan, Yoxdan var edən və Surətverən Allahdır. Bütün gözəl isimlər Onundur. Göylərdə və yerdə nə varsa Onu ucaldır. O, Üstündür, Hikmət Sahibidir.
Saff/61:1
Göylərdə və yerdə olanlar Allahı ucaldır. O, Üstündür, Hikmət Sahibidir.
Cumuə/62:1
Göylərdə və yerdə nə varsa, Allahı ucaldır. O Hökmrandır, Müqəddəsdir, Üstündür, Hikmət sahibidir.
Təğabun/64:1
Göylərdə və yerdə nə varsa, Allahı ucaldır. Hakimiyyət Onundur, tərif Onadır. O, hər şeyə Gücü Yetəndir.