İbrahim - 14:11 Elçiləri isə onlara belə dedilər: "Biz, əlbəttə sizin kimi bir insanıq. Ancaq, Allah, qullarından istədiyini seçərək ona lütf edir. Allahın izni olmadan sizə bir səlahiyyət sənədi gətirə bilməmiz mümkün olan şey deyil. İman edənlər Allaha güvənməlidir.
Allahın izni olmadan elçilər möcüzə (sənəd) gətirə bilməz:
Ğafir/40:78 Səndən öncə göndərdiyimiz elçilərin bəzisindən sənə bəhs etdik, bəzisini də sənə anlatmadıq. Heç bir elçi, Allahın izni olmadan bir möcüzə gətirə bilməz. Allahın əmri gəlincə, gerçəyə görə hökm verilər və yanlışı müdafiə edənlər orada məyus olarlar.

Rad/13:38 Səndən öncə elçilər göndərdik və onlara zövcələr və övladlar verdik. Allahın izni olmadan heç bir elçi bir möcüzə gətirə bilməz. Hər dövrün bir yazısı vardır.