İbrahim - 14:42 Zalımların etdiklərindən Allahı xəbərsiz sanma. Onları sadəcə, gözlərin dəhşətdən donub qalacağı günə qədər təxirə salmaqdadır.
Gözlərin dəhşətdən donub qalacağı gün?
Məaric/70:43 O gün, məzarlarından tez-tələsik çıxarlar; Qurban daşına sürüklənirlərmiş kimi...
Məaric/70:44 Gözləri dönmüş, özlərini utanc bürümüş olaraq. Bax bu, onlara söz verilmiş olan gündür.

İbrahim/14:42 Zalımların etdiklərindən Allahı xəbərsiz sanma. Onları sadəcə, gözlərin dəhşətdən donub qalacağı günə qədər təxirə salmaqdadır.

Səba/34:51 Qorxuya qapıldıqları anı bir görəsən; qaça bilməzlər; yaxın bir yerdən yaxalanmışlar.

Qamər/54:6 Onlara əhəmiyyət vermə; Çağırıcının, görülməmiş və tanınmamış bir şeyə çağıracağı gün,
Qamər/54:7 Gözləri zillət içində məzarlardan çıxarlar; eyni səpələnib yayılmış çəyirtkələr kimi...
Qamər/54:8 Çağırıcıya doğru qaçarlarkən, inkar edənlər, "Bu çətin bir gündür," deyərlər.

Qaləm/68:43 Gözləri aşağı salınmış bir vəziyyətdə, onları rəzillik bürüyər. Halbuki onlar sağlam ikən səcdəyə çağırılmışdılar.