İbrahim - 14:43 Başları boyunları üstündə sərt hərəkətsiz halda durmuş, göz qapaqlarını da qırpmadan qorxudan zehinləri bomboş bir halda qaçırlar.
Nə üçün başları boyunları üstündə hərəkətsiz dikəlmiş bir vəziyyətdə qaçırlar?
İnsan/76:4 İnkar edənlər üçün zəncirlər, buxovlar və alovlu bir atəş hazırlamışıq.

Ğafir/40:71 Boyunlarında halqalar və zəncirlərlə sürüklənəcəklər.

Rad/13:5 Təəccüblənəcəksənsə, onların bu sözlərinə təəccüblənməlisən: "Biz torpaq olduqdan sonra yenidənmi yaradılacağıq?" Bax onlar, Rəblərini inkar edənlərdir. Onlar, boyunlarına qandallar vurulmağa layiq olanlardır. Onlar Atəşin əhlidir; həqiqətən orada əbədi qalacaqlar.