İbrahim - 14:5 Musanı, "Xalqını qaranlıqlardan aydınlığa çıxar və onlara Allahın günlərini xatırlat," deyə möcüzələrimizlə göndərdik. Səbr edən və şükür edən hər kəs üçün əlbəttə bunda dərslər vardır.
Musa peyğəmbər hansı xalqa göndərildi?
Səcdə/32:23 Musaya Kitabı verdik; Bu mövzuda heç bir şübhən olmasın. Onu İsrail oğulları üçün bir rəhbər etdik.
وَلَقَدْ اٰتَيْنَا مُوسَى الْكِتَابَ فَلَا تَكُنْ ف۪ي مِرْيَةٍ مِنْ لِقَٓائِه۪ وَجَعَلْنَاهُ هُدًى لِبَن۪ٓي اِسْرَٓائ۪لَۚ

Ta ha/20:47 "Onun yanına gedin və deyin ki 'Biz ikimiz Rəbbinin elçiləriyik. İsrail oğullarına etdiyin işgəncəyə son ver və onları bizimlə göndər. Biz sənin yanına Rəbbindən bir ayə ilə gəldik. Doğru yolu izləyənlərə salam (sülh) olsun."
فَأْتِيَاهُ فَقُولَٓا اِنَّا رَسُولَا رَبِّكَ فَاَرْسِلْ مَعَنَا بَن۪ٓي اِسْرَٓائ۪لَ وَلَا تُعَذِّبْهُمْۜ قَدْ جِئْنَاكَ بِاٰيَةٍ مِنْ رَبِّكَۜ وَالسَّلَامُ عَلٰى مَنِ اتَّـبَعَ الْهُدٰى

İsra/17:101 Musaya açıq-aşkar doqquz möcüzə verdik. İstəyirsən İsrail oğullarından soruş. Onların yanına getdiyində, Firon ona, "Musa, sənin ovsunlanmış olduğunu sanıram," demişdi.
وَلَقَدْ اٰتَيْنَا مُوسٰى تِسْعَ اٰيَاتٍ بَيِّنَاتٍ فَسْـَٔلْ بَن۪ٓي اِسْرَٓائ۪لَ اِذْ جَٓاءَهُمْ فَقَالَ لَهُ فِرْعَوْنُ اِنّ۪ي لَاَظُنُّكَ يَا مُوسٰى مَسْحُوراً