İbrahim - 14:51
Beləcə Allah hər kəsə qazandığının qarşılığını verir. Allah tez haqq-hesab çəkəndir.
Dirilmə günü yaxşılıq edənlərin hesabı:
Ənam/6:160
Kim yaxşılıq gətirərsə, ona gətirdiyinin on qatı vardır. Kim pislik gətirərsə, ancaq gətirdiyinin misli ilə cəzalandırılar və onlara haqsızlıq edilməz.
Bəqərə/2:261
Paralarını (pullarını) Allah yolunda xərcləyənlərin məsəli yeddi sünbül verən bir toxumun məsəlinə bənzəyir ki, sünbüllərin hər birində yüz ədəd dən vardır. Allah istəyənə qat-qat artıraraq verir. Allah Comərddir, Biləndir.
Bəqərə/2:262
Paralarını (pullarını) Allah yolunda xərclədikdən sonra yaxşılıqlarını minnət qoyub əziyyət etməyənlər üçün Rəbləri qatında mükafatları vardır. Onlara qorxu və üzüntü yoxdur.
Qasas/28:84
Kim yaxşılıqla gələrsə, ona ondan daha yaxşısı veriləcəkdir. Kim pislik ilə gələrsə, o pislikləri işləyənlərə ancaq etdikləri qədər bir qarşılıq veriləcəkdir.
Hud/11:114
Gündüzün iki ucunda, gecənin yaxın qismində namazı qoru! Yaxşılıqlar pislikləri silib götürər. Bu, öyüd alanlara bir öyüddür.
Hud/11:115
Səbr et, əlbəttə Allah, gözəl davrananları mükafatsız buraxmaz.
Nəhl/16:96
Sizin yanınızda olanlar bitər; ancaq Allahın yanındakılar isə daimidir. Çətinliklərə qarşı müqavimət göstərənlərin mükafatlarını, etdikləri yaxşılıqlara uyğun olaraq əlbəttə verəcəyik.
Nəml/27:11
"Ancaq kim zülm edərsə, sonra günahlarını buraxıb yaxşılıq edərsə, ona qarşı Mən Bağışlayıcıyam, Rəhmliyəm!"
Rahmən/55:60
Yaxşılığın qarşılığı, yalnız yaxşılıq deyildirmi?
Bəqərə/2:158
Səfa və Mərvə (təpələri) Allahın işarələrindəndir. Həcc və ya ziyarət (ümrə) üçün Evə gələn birisi o ikisi arasında gedib-gələ bilər. Kim könüldən bir yaxşılıq edərsə, Allah təşəkkürə qarşılıq verəndir, Biləndir.
Bəqərə/2:272
Onları doğruya yönəltmək sənə aid deyildir. Ancaq Allah istədiyini doğruya yönəldir. Möhtaclara etdiyiniz hər yaxşılıq özünüz üçün faydalıdır. Yardımlarınız yalnız Allah üçün olmalıdır. Etdiyiniz hər yaxşılığın qarşılığı sizə tam ödənəcəkdir. Haqsızlığa uğradılmayacaqsınız.
Ali İmran/3:115
Etdikləri heç bir yaxşılıq qarşılıqsız qalmayacaqdır. Allah müttəqiləri çox yaxşı bilir.
Bəqərə/2:197
Həcc, bilinən aylarda yerinə yetirilməlidir. Kim o aylarda həccə qərar vermişsə, bilsin ki, həcdə cinsi əlaqə, pislik etmək, mübahisə etmək yoxdur. Etdiyiniz hər yaxşılığı Allah bilir. Yol üçün azuqənizi hazırlayarkən, ən xeyirli azuqənin müttəqilik olduğunu unutmayın. Dərrakə sahibləri! Məni dinləyin.
Ali İmran/3:30
Gün gələcək, hər kəs etdiyi hər yaxşılığı önündə hazır görəcək. İşlədiyi hər pislik ilə özü arasında uzun bir məsafə olmasını istəyəcək. Allah Özü haqqında sizə xəbərdarlıq edir. Allah qullara şəfqətlidir.
Muzzəmmil/73:20
Rəbbin, sənin və yoldaşlarından bir qrupun, gecənin üçdə ikisindən az, yarısında və üçdə birində qalxdığını bilir. Gecənin və gündüzün miqdarını Allah təyin edər. O, sizin bunu edə bilməyəcəyinizi bildiyi üçün sizi əfv etmişdir. Elə isə Qurandan sizə asan gəldiyi qədər oxuyun. Aranızda xəstələr, yer üzündə Allahın lütfündən ruzi axtaranlar və Allah yolunda savaşanlar olduğunu bilməkdədir. Ondan sizə asan gəldiyi qədər oxuyun. Namazı qoruyun, zəkatı verin və gözəl davranmaq yolu ilə Allaha bir borc verin. Özünüz üçün etdiyiniz hər yaxşılığı, Allah qatında daha yaxşı və daha böyük bir mükafat olaraq görəcəksiniz. Allahdan bağışlanma diləyin; Allah Bağışlayandır, Rəhmlidir.
Nəml/27:89
Kim yaxşılıq gətirərsə, ona ondan daha yaxşısı verilər və onlar o günün qorxusundan güvənlikdə olarlar.