İbrahim - 14:6
Bir vaxt, Musa xalqına: "Allahın üzərinizdəki nemətini xatırlayın. Sizə işgəncənin ən pisini tətbiq edən, oğullarınızı kəsib, qadınlarınızı sağ buraxan Fironun adamlarından sizi O qurtardı. Bu, Rəbbinizdən sizin üçün böyük bir sınaq idi," demişdi.
Zülm və işgəncə öldürməkdən betərdir:
Bəqərə/2:191
Onlarla qarşılaşdığınız yerdə onlarla savaşın və sizi çıxardıqları yerdən onları çıxardın; zülm və işgəncə öldürməkdən betərdir. Müqəddəs Məscidin yanında sizinlə savaşmadıqca onlarla savaşmayın. Sizə hücum edərlərsə, siz də onlara hücum edin. İnkar edənlərin cəzası belədir.
Bəqərə/2:217
Səndən müqəddəs (haram) ayda savaşmaq barəsində soruşurlar. De ki: “Bu ayda savaşmaq böyük bir günahdır. Fəqət Allahın yolundan çevirmək, Ona (Allaha) və Müqəddəs Məscidə nankorluq etmək və insanları oradan çıxarmaq Allah yanında daha böyük bir günahdır. Çünki təzyiq və zülm, öldürməkdən daha böyük bir suçdur”. İmkanları olsa, sizi dininizdən döndərənə qədər sizinlə savaşarlar. Sizdən kim dinindən dönərsə və inkarçı olaraq ölərsə, bütün etdikləri dünyada və axirətdə boşa çıxar. Onlar atəş xalqıdır və orada sürəkli qalacaqlar.