Hicr - 15:17
Və onları hər qovulmuş şeytandan qoruduq.
Şeytan nə üçün qovuldu?
Əraf/7:11
Sizi yaratdıq, sonra sizə surət verdik, sonra mələklərə, "Adəmə səcdə edin!" – dedik. İblisdən başqa hamısı səcdə etdi; o, səcdə edənlərdən olmadı.
Əraf/7:12
(Allah) dedi: "Sənə əmr etdiyim zaman sənə səcdə etməyə nə mane oldu?" (İblis:) "Mən ondan daha yaxşıyam; Sən məni atəşdən yaratdın, onu isə palçıqdan yaratdın," dedi.
Əraf/7:13
(Allah:) "Oradan aşağı en," dedi. Orada təkəbbür göstərə bilməzsən. Rədd ol. Dəyərini itirdin!"
Əraf/7:14
(İblis:) "Diriləcəkləri günə qədər mənə möhlət ver," dedi.
Əraf/7:15
(Allah:) "Sənə möhlət verilmişdir," dedi.
Əraf/7:16
(İblis:) "Məni azdırmana qarşılıq olaraq, onlara görə Sənin ən doğru yolunun üzərində gizlicə oturacağam."
Əraf/7:17
"Sonra önlərindən, arxalarından, sağlarından və sollarından onlara (onların yanına) soxulacağam. Beləcə əksəriyyətini şükür edən görməyəcəksən."
Əraf/7:18
(Allah) dedi ki: "Mənfur və qovulmuş olaraq oradan çıx. Onlardan sənə tabe olanlara gəlincə, hamınızla cəhənnəmi dolduracağam."
Hicr/15:28
Rəbbin mələklərə, "Qurumuş, köhnə (illərlə qalmış) palçıqdan bir insan yaradacağam," demişdi.
Hicr/15:29
"Onu hazırlayıb ona ruhumdan üfürdüyüm zaman dərhal onun üçün səcdəyə varın," demişdi.
Hicr/15:30
Bütün mələklər toplu halda səcdə etdilər;
Hicr/15:31
Ancaq İblis (şeytan) xaric. Səcdə edənlərlə bərabər olmağı rədd etdi.
Hicr/15:32
Dedi ki: "Səni səcdə edənlərlə bərabər olmaqdan uzaq tutan şey nədir, İblis?"
Hicr/15:33
Dedi ki: "Qurumuş, köhnə (illərlə qalmış) palçıqdan yaratdığın insana səcdə edən deyiləm."
Hicr/15:34
(Tanrı:) "Elə isə çıx oradan; sən qovuldun!"
Hicr/15:35
"Haqq-hesab gününə qədər lənətə layiq oldun," dedi.
Sad/38:71
Rəbbin mələklərə demişdi ki, "Palçıqdan bir insan yaradacağam."
Sad/38:72
"Onu nizama saldığım və ona ruhumdan üfürdüyüm zaman ona səcdə edin."
Sad/38:73
Bütün mələklər ona səcdə etdi;
Sad/38:74
Ancaq İblis xaric. Təkəbbür göstərdi və nankor oldu.
Sad/38:75
"Ey İblis, əllərimlə yaratdığıma səcdə etməkdən səni çəkindirən nədir? Təkəbbürmü göstərdin? Yoxsa üsyanmı etdin?" dedi.
Sad/38:76
"Mən ondan daha üstünəm. Məni atəşdən yaratdın, onu isə palçıqdan yaratdın," dedi.
Sad/38:77
"Çıx oradan. Sən qovuldun," dedi.