Hicr - 15:22 Küləkləri dölləndirici (tozlandırıcı) olaraq göndərdik; göydən bir su endirib sizi onunla suladıq. Halbuki siz onu yığıb saxlaya bilməzdiniz.
Göydən endirdiyi bir növ su ilə, müxtəlif dadlarda qidalar yaratdı:
Rad/13:4 Yer üzündə, bir-birinə qonşu torpaq hissələri, üzüm bağları, əkinlər, şaxəli-şaxəsiz xurmalıqlar vardır. Bunların hamısı eyni su ilə sulanmalarına rəğmən ləzzət baxımından bir-birindən fərqli etmişik. Ağlını istifadə edən bir camaat üçün əlbəttə bunda işarətlər və dərslər vardır.
Rad/13:17 Göydən bir su endirir və dərələr onunla dolar-daşar və sel bol köpük yüklənər. Eyni şəkildə, bəzək şeyləri, yaxud əşya düzəltmək üçün əritdikləri maddələrdən də bənzər bir köpük əldə edərlər. Allah gerçəyi və batili belə bir örnəklə tanıdır. Köpük, yox olub gedər; ancaq insanlara fayda verən isə yerdə qalır. Bax Allah örnəkləri bu cür verir.

İbrahim/14:32 Allah göyləri və yeri yaradan, göydən bir su endirib sizin üçün müxtəlif meyvələrdən qidalar çıxarandır. Qoyduğu qanuna görə sizi dənizdə daşıması üçün gəmiləri əmrinizə verdi. Eyni şəkildə çayları da əmrinizə verdi.

Hicr/15:22 Küləkləri dölləndirici (tozlandırıcı) olaraq göndərdik; göydən bir su endirib sizi onunla suladıq. Halbuki siz onu yığıb saxlaya bilməzdiniz.

Nəhl/16:10 O ki, göydən bir su endirdi, ondan içərsiniz və yenə faydalandığınız ağacları onunla sulayarsınız.
Nəhl/16:65 Allahın göydən bir su endirdiyini, onunla ölümündən sonra torpağı diriltməsində, dinləyən bir topluluq üçün bunda dəlillər vardır.

Ta ha/20:53 O ki yer üzünü sizin üçün yaşayış yeri etdi, sizin üçün onda yollar açdı, göydən bir su endirdi və həmçinin onunla cürbəcür bitkilər bitirdik.

Həcc/22:63 Allahın göydən bir su endirdiyini və yer üzünün yaşıllaşdığını görmürsənmi? Allah Şəfqətlidir, Xəbərdardır.

Furqan/25:48 Və O, rəhmətindən öncə müjdələyici olaraq küləkləri göndərəndir. Və Biz göydən tərtəmiz bir su endirərik.

Rum/30:24 Qorxu və ümid qaynağı olaraq sizə ildırımı göstərməsi və göydən bir su endirərək ölümündən sonra onunla yeri diriltməsi də Onun ayələrindədir. Ağlını işlədən bir camaat üçün bunda işarələr vardır.

Fatir/35:27 Allahın göydən bir su endirdiyini görmədinmi? Onunla müxtəlif rənglərdə məhsullar çıxararıq. Hətta dağlarda belə ağ, qırmızı, rəngarəng və ya quzğun qarası təbəqələr var.

Zumər/39:21 Görmürsənmi ki, Allah göydən bir su endirər və onu yer üzündəki qaynaqlara keçirər və sonra onunla müxtəlif rənglərdə bitkilər çıxarar. Sonra o quruyar və onu saralmış görərsən. Sonra da onu çör-çöpə çevirər. Bunda ağıl sahibləri üçün öyüd vardır.

Qaf/50:9 Və göydən bərəkətli bir su endirərək, onunla bağçalar və biçiləcək dənələri (dənli bitkiləri) bitirdik.