Nəhl - 16:113
Onlara özlərindən bir elçi gəldi, onu yalanladılar. Sonunda, zülm etdikləri vaxt onları əzab yaxaladı.
Elçiləri nə üçün yalanladılar?
Qamər/54:23
Səmud (qövmü) də xəbərdarlıqları yalanladı.
Qamər/54:24
Dedilər ki, "Bizdən olan bir insanamı tabe olaq? O zaman biz yoldan çıxar və cəhənnəmə girərik."
Ənam/6:8
"Ona mələk endirilməli deyildimi?!"– deyirlər. Bir mələk endirsəydik, iş bitirilmiş olardı, onlara möhlət də verilməzdi.
Hud/11:27
Xalqının inkar edən öncüləri, "Səni sadəcə bizim kimi bir insan olduğunu görürük və aramızdakı dayaz düşüncəli adi insanlardan başqa kimsənin sənə tabe olmadığını görürük. Sizin bizdən hər hansısa bir üstünlüyünüzü də görmürük. Əksinə, biz sizin yalançı olduğunuzu sanırıq," dedilər.
İbrahim/14:10
Elçiləri: "Göyləri və yeri yarıb yaradan Allahamı şəkk edirsiniz? Günahlarınızı bağışlamaq üçün sizi çağırır və sizə möhlət verir," dedilər. Onlar da, "Siz, ancaq bizim kimi insanlarsınız, atalarımızın qulluq/xidmət etməkdə olduğu şeydən bizi çevirmək istəyirsiniz. Bizə açıq-aydın bir səlahiyyət sənədi gətirin," dedilər.
İsra/17:94
Onlara hidayət gəldiyində, insanlar: "Allah bir insanımı elçi olaraq göndərdi?" deyərək iman etmədilər.
İsra/17:95
De ki: "Yer üzündə məskunlaşıb, gəzib dolaşanlar mələklər olsaydı, onlara göydən bir mələyi elçi göndərərdik."
Ənbiya/21:3
Qəlbləri qorxusuzdur. Zalımlar gizlicə bir-birləriylə görüşdülər: "Bu adam sizin kimi bir insan deyilmi? Göz görə-görə sehrəmi qapılacaqsınız?"
Muminun/23:24
Xalqının öncü inkarçıları, "Bu, sizin kimi bir insandan başqa bir şey deyildir. Üzərinizə hakim olmaq istəyir. Allah istəsəydi bir mələk endirərdi. İlk atalarımızdan belə bir şey eşitmədik."
Muminun/23:24
Xalqının öncü inkarçıları, "Bu, sizin kimi bir insandan başqa bir şey deyildir. Üzərinizə hakim olmaq istəyir. Allah istəsəydi bir mələk endirərdi. İlk atalarımızdan belə bir şey eşitmədik."
Muminun/23:33
Dünya həyatında onlara həddindən artıq nemətlər bağışlamamıza rəğmən, axirət qarşılaşmasını yalanlayıb inkar edən, xalqının öncüləri belə dedilər: "Bu, yalnızca sizin kimi bir insandır. Sizin yediyinizdən yeyir, sizin içdiyinizdən içir."
Muminun/23:34
"Sizin kimi bir insana tabe olsanız, siz o zaman gerçəkdən ziyana uğrayarsınız."
Muminun/23:47
"O ikisinin xalqı bizə köləlik etdiyi halda, indi biz tutub bizim kimi iki insanamı iman edək?" dedilər.
Furqan/25:7
Və dedilər, "Necə olur ki, bu elçi yemək yeyir və bazarlarda gəzib-dolaşır? Gərək onunla birlikdə xəbərdarlıq etmək üçün bir mələk nazil olaydı!"
Furqan/25:8
"Yaxud ona bir xəzinə atılsaydı, və ya özünün bir bağçası olsaydı və ondan yesəydi!" Hətta zalımlar, "Siz, sehrlənmiş bir adama tabe olursunuz," dedilər.
Şuəra/26:154
"Sən bizim kimi bir insansan. Doğru sözlüsənsə, bizə bir möcüzə gətir görək."
Ya sin/36:15
Dedilər ki, "Siz də bizim kimi insandan başqa bir şey deyilsiniz. Rəhman isə heç bir şey nazil etməmişdir. Siz yalan söyləyirsiniz."
Fussilət/41:14
Onlara, "Allahdan başqasına qulluq/xidmət etməyin," deyə önlərindən və arxalarından elçilər getmişdi. Onlar isə, "Rəbbimiz istəsəydi, bir mələk endirə bilərdi. Buna görə də, sizin gətirdiyiniz mesaja inanmırıq," dedilər.
Təğabun/64:6
Çünki, elçiləri onlara açıq-aşkar dəlillərlə gedirlər və onlar isə, "Bizə doğru yolu bir insanmı göstərəcək?" deyirdilər. Beləcə inkar edib üz çevirirdilər. Allah heç bir şeyə möhtac deyildir. Allah Zəngindir, Təriflənəndir.
Ənam/6:91
"Allah heç bir insana bir şey nazil etməz," deməklə Allahı layiqincə qiymətləndirmədilər. De ki: "İnsanlara bir hidayət və işıq olaraq Musanın gətirdiyi kitabı kim nazil etdi - ki göstərmək üçün onu kağızlara yazdığınız halda çoxunu gizləyirdiniz. Sizin və atalarınızın bilmədiyi şeyləri onun vasitəsiylə öyrəndiniz-?" De, "Allah!" və onları öz azğınlıqlarında burax, oynayıb-əylənsinlər.