Nəhl - 16:33
Özlərinə mələklərin gəlməsini, yaxud Rəbbinin əmrinin gəlməsinimi gözləyirlər? Özlərindən öncəkilər də eyni şəkildə davranmışdılar. Onlara Allah zülm etmədi, onlar özləri özlərinə zülm etdilər.
Allah və mələklər gəldiyində hər şey bitərdi:
Bəqərə/2:210
Allahın və mələklərin yoğun buludlar arasından onlara gəlməsinimi gözləyirlər? O zaman hər şey bitərdi və hər şey Allaha döndərilərdi.
Fəcr/89:21
Doğrusu, yer toqquşub paralandığı zaman,
Fəcr/89:22
Rəbbin, sıralanmış mələklərlə birlikdə gəldiyi zaman,
Fəcr/89:23
(Ona görə) ki, cəhənnəm də o gün gətirilmişdir. Bax o gün insan anlayacaqdır. Artıq anlamanın ona nə faydası var ki!
Ənam/6:8
"Ona mələk endirilməli deyildimi?!"– deyirlər. Bir mələk endirsəydik, iş bitirilmiş olardı, onlara möhlət də verilməzdi.
Hicr/15:8
Biz mələkləri ancaq bəlli bir məqsəd üçün göndəririk. O zaman da kimsəyə möhlət verilməz.
Furqan/25:25
Göyün bulud kütlələri halında parçalanacağı və mələklərin cəm halda endirildiyi gün,
Furqan/25:26
Məhz o gün, hakimiyyət bütünlüklə və mütləq olaraq Rəhmanındır. İnkar edənlər üçün çətin bir gün olacaqdır.
Haqqə/69:16
Göy yarılmışdır, parçalanmışdır.
Haqqə/69:17
Mələklər hər yandadır. Rəbbinin hökmranlığı o gün səkkiz (aləm) üzərində hakim olacaqdır.