Nəhl - 16:7 Və sizin yüklərinizi də, öz-özünüzə ancaq çətinliklə apara biləcəyiniz bölgələrə daşıyırlar. Rəbbiniz əlbəttə Raufdur, Rəhmlidir.
Yüklərinizi çətinliklə yetişə biləcəyiniz bölgələrə daşıyırlar: əlaqəli
Zuxruf/43:13 (Ona görə) ki, onların üstünə minəsiniz və onlara mindiyiniz zaman Rəbbinizin sizə olan nemətini düşünərək bunları deyəsiniz: "Bunu bizim əmrimizə verən çox Ucadır. Onları Öz başımıza kontrol altına ala bilməzdik."

Həcc/22:36 Allaha qulluğun bir işarəti olaraq, heyvanların qurban edilməsində sizin üçün faydalar mövcuddur. Onlar sırada düzülmüş halda üzərlərində Allahın ismini xatırlamalısınız. Yanları üzərinə düşdükləri zaman da onlardan yeyin və dilənənə də, dilənməyən yoxsula da yedirdin. Şükür edəsiniz deyə onları sizə amadə qıldıq.