Nəhl - 16:83
Allahın nemətlərini çox yaxşı tanıdıqları halda onları inkar edərlər. Onların çoxu kafirlərdir.
Nemət; Kitab və peyğəmbərlik:
Məryəm/19:58
Bax bunlar, Allahın nemətləndirdiyi peyğəmbərlərin bir qismidir. Adəmin soyundan, Nuh ilə birlikdə (gəmidə) daşıdıqlarımızdan, İbrahimin və İsrailin soyundan... Doğruya yetişdirdiyimiz və seçdiyimiz kimsələrdir onlar. Onlara Rəhmanın ayələri oxunduğu zaman ağlayaraq səcdəyə varırlar.
Bəqərə/2:211
İsrail oğullarından soruş ki, onlara nə qədər açıq-aşkar ayələr verdik! Özünə Allahın neməti gəldikdən sonra onu dəyişdirənlər üçün Allah ağır bir cəza verər.
Maidə/5:20
Musa öz xalqına belə demişdi: “Ey xalqım! Allahın üzərinizdəki nemətini xatırlayın: Aranızdan peyğəmbərlər çıxardı, sizi azad kimsələr etdi və xalqların heç birinə vermədiyini sizə verdi."
Ənam/6:53
Bir-birinizlə beləcə sınadıq ki, "Allahın aramızdan seçib nemətləndirdiyi kəslər bunlardırmı?" desinlər. Allah gözəl qarşılıq verənləri daha yaxşı bilən deyilmi?
İsra/17:86
İstəsək, sənə vəhy etdiyimizi geri alarıq və bizə qarşı heç bir qoruyucu da tapa bilməzsən.
İsra/17:87
Ancaq Rəbbinin rəhməti var... Onun sənə olan neməti böyükdür.
Hud/11:88
Dedi: "Xalqım, baxın, əgər mən Rəbbimdən qəti bir dəlilə sahibəmsə və mənə Öz tərəfindən gözəl bir nemət bağışlamışsa...? Sizə qadağan etdiyim bəzi şeylər, sizə zidd getmək istədiyim üçün deyildir. Mən ancaq gücüm yetdiyincə reform (islahat) etmək istəyirəm. Müvəffəqiyyətim ancaq Allahdandır. Ona güvəndim və Ona yönəlirəm."
Qasas/28:86
Sənə bu Kitabın veriləcəyini ümid etməzdin; ancaq bu Rəbbindən bir rəhmətdir. Kafirlərə arxa olma.