Nəhl - 16:90
Allah ədaləti, yaxşılıq etməyi və əqrəbaya yardım etməyi əmr edər. Pislikdən, fənalıqdan və azğınlıqdan isə sizi çəkindirər. Öyüd almağınız üçün sizi bu cür aydınladır.
Əqrəbalar haqqında Quranın proqnozu:
Nəhl/16:90
Allah ədaləti, yaxşılıq etməyi və əqrəbaya yardım etməyi əmr edər. Pislikdən, fənalıqdan və azğınlıqdan isə sizi çəkindirər. Öyüd almağınız üçün sizi bu cür aydınladır.
Bəqərə/2:177
Üzünüzü məşriqə və məğribə tərəf çevirməyiniz yaxşılıq deyil. Yaxşılar o kimsələrdir ki, Allaha, axirət gününə, mələklərə, kitaba və peyğəmbərlərə iman edirlər; əqrəbalara, yetimlərə, möhtaclara, yolda qalmışlara, dilənənlərə və kölələri azadlığa qovuşdurmaq üçün sevərək para (pul) yardımı edirlər, namazı qoruyur, zəkatı verir, söz verdiklərində sözlərində dururlar, çətinliyə, sıxıntıya və zülmə qarşı müqavimət göstərirlər. Bax doğru olanlar onlardır, Müttəqi olanlar da onlardır.
Ənfal/8:75
Sonradan iman edənlər, köç (hicrət) edənlər və sizinlə birlikdə səy göstərənlər də sizdəndir. Allahın Kitabına görə əqrəbalar bir-birlərinə (daha) öncədir. Allah hər şeyi Biləndir.
Nisa/4:1
Ey insanlar! Sizi tək bir nəfisdən yaradan, ondan da zövcəsini yaradan, ikisindən də bir çox kişi və qadın törədən Rəbbinizi dinləyin! Adına bir-birinizdən cürbəcür şeylər istədiyiniz Allaha hörmət göstərin; əqrəbalara da... Allah əlbəttə sizə nəzarət etməkdədir.
Ənfal/8:41
Ayırma günündə, iki ordunun qarşılaşdığı gündə qulumuza nazil etdiyimizə və Allaha iman edirsinizsə, bilin ki, əlinizə keçən hər qənimətin beşdə biri Allahın və elçisinindir. Bu pay, əqrəbalar, yetimlər, yoxsullar və yolda qalmışların haqqıdır. Allah hər şeyə Güc Yetirəndir.
İsra/17:26
Əqrəbalara haqlarını ver. Ehtiyac sahiblərinə və yolçuya da (yolda qalmışa da)... Ancaq israf etmə.
Nur/24:22
Sizdən mal və imkana sahib olanlar, əqrəbalara, yoxsullara və Allah yolunda köç (hicrət) edənlərə verməmək üçün and içməsinlər. Əfv etsinlər, keçsinlər. Allahın sizi bağışlamasını sevmirsiniz? Allah Bağışlayandır, Rəhmlidir.
Əhzab/33:6
Peyğəmbər, iman edənlərə, özlərindən daha yaxındır və xanımları isə analarıdır. Allahın kitabına görə, iman edənlər, köçərilərdən (hicrət edənlərdən) özlərinə əqrəba olanları daha ön planda tutmalıdır. Ancaq dostlarınıza yaxşılıq etməyiniz xaric. Bunlar, bu kitabda qanuniləşmişdir.
Muhəmməd/47:22
Demək iş başına gələcək olsanız, yer üzündə fəsad törədəcək və əqrəbalıq bağlarını qoparacaqsınız?
Həşr/59:7
Allahın o ölkələrin əhalisindən elçisinə qənimət buraxdığı şeylər Allahın və elçisinindir. Yəni əqrəbalara, yetimlərə, yoxsullara və yolda qalmışlara verilməlidir ki, zənginlərinizin arasında inhisara çevrilməsin. Elçinin sizə verdiyini alın; ancaq onun sizə vermədiyindən uzaq durun. Allahı dinləyin. Allahın cəzalandırması çətindir (şiddətlidir).
Bələd/90:14
Qıtlıq anında doyurmaqdır:
Bələd/90:15
Əqrəba bir yetimi,