Nəhl - 16:98
Quran oxuduğunda, qovulmuş şeytandan Allaha sığın!
Şeytanlar, İblisin soyudur:
Həcc/22:3
İnsanlardan elələri də var ki, Allah haqqında bilgisizcə mübahisə edir və hər azğın şeytana itaət edər.
Hicr/15:17
Və onları hər qovulmuş şeytandan qoruduq.
Əraf/7:30
Bir qrupu doğru yola yönəltdi, bir qrup da azğınlığa layiq görüldü. Onlar şeytanları Allahdan başqa dostlar qəbul etdilər. Amma özlərini doğru yolda sanırlar.
Kəhf/18:50
Mələklərə: "Adəmə səcdə edin!" dediyimiz zaman, hamısı səcdə etdilər; yalnız İblisdən başqa. Rəbbinin əmrinə qarşı gəldiyi üçün cinlərdən oldu. Məni buraxıb onu və soyunumu dostlar seçirsiniz? Halbuki onlar, sizin düşmənlərinizdir. Zalımlar üçün bu necə də pis bir dəyişmədir!