İsra - 17:19
Kim Axirəti seçər və mömin olaraq lazım olan cəhdi göstərərsə, bax onların cəhdi təqdir edilir.
Dünya həyatı ilə Axirətin qarşılaşdırılması:
Rad/13:26
Allah istədiyinə ruzini açar və ya azaldar. Onlar dünya həyatı ilə sevindilər, halbuki bu dünya həyatı axirət ilə müqayisə edildiyində bir dolanacaqdan ibarətdir.
Ənkəbut/29:64
Bu dünya həyatı bir əyləncə və oyundan başqa bir şey deyildir. Axirət yurdu isə gerçək həyatdır; bir bilsəydilər!
Ğafir/40:39
"Ey xalqım, bu dünya həyatı müvəqqəti bir yaşayış yeridir. Axirət yurdu isə əbədi bir məskəndir."
Nisa/4:77
Onlara, “Savaşdan əl çəkin, namazı qoruyun, zəkatı verin!” – deyilən kəslərə diqqət etmədinmi? Onlara savaşmaları əmr edildiyində, insanlardan Allahdan qorxar kimi, bəlkə də daha artıq qorxmağa başladılar və "Rəbbimiz, nə üçün bizə savaşı yüklədin, bizi yaxın bir vaxta qədər təxirə sala bilməzdinmi?" - dedilər. De ki, "Bu dünyanın varlığı azdır, müttəqilər üçün axirət daha xeyirlidir; ən ufaq bir haqsızlığa məruz qalmayacaqsınız."
Tovbə/9:38
Ey iman edənlər, sizə nə oldu ki, "Allah yolunda hərəkətə keçin," deyildiyi zaman, yerə yapışıb qaldınız? Axirət yerinə bu dünya həyatınamı razı oldunuz? Dünya həyatının nemətləri axirət həyatına müqayisədə çox azdır.
Əla/87:16
Lakin siz dünya həyatını seçirsiniz.
Əla/87:17
Halbuki axirət daha yaxşı və sürəklidir.
Nəhl/16:95
Allaha verdiyiniz sözü ucuza satmayın. Sizin üçün Allahın yanındakılar daha yaxşıdır; bir bilsəniz.
Nəhl/16:96
Sizin yanınızda olanlar bitər; ancaq Allahın yanındakılar isə daimidir. Çətinliklərə qarşı müqavimət göstərənlərin mükafatlarını, etdikləri yaxşılıqlara uyğun olaraq əlbəttə verəcəyik.
Hud/11:108
Xoşbəxtlər isə, göylər və yer durduğu müddətcə cənnətdə qalacaqlar. Rəbbin istəyərsə başqa. Tükənməz bir mükafatdır bu.
Hədid/57:20
Bilin ki, dünya həyatı bir oyun, əyləncə, süs, aranızda öyünmək, para-pul və övlad çoxaltma yarışından ibarətdir. Bu, inkar edənlərin xoşuna gələn bir bitkini yetişdirən bir yağmura bənzəyir. Halbuki daha sonra o bitki quruyar, saralar və axırda çör-çöp olar. Axirətdə isə Allahdan çətin (şiddətli) bir əzab, bir bağışlanma və razılıq vardır. Dünya həyatı, aldadan, keçici bir zövqdən ibarətdir.