İsra - 17:20 Hamısına, onlara da, bunlara da Rəbbinin nemətlərindən verərik. Rəbbinin nemətləri məhdudlaşdırılmamışdır.
"Rəbbinin nemətləri məhdudlaşmamışdır" İman edən, iman etməyən hər kəsə verilir mənasındadır. Miqdar olaraq məhduddur.
Şura/42:27 Allah qullarına bolluca ruzi versəydi, yer üzündə azacaqdılar. Həqiqətən, istədiyi ölçüdə göndərir. O, qullarından Xəbərdardır, Görəndir.
وَلَوْ بَسَطَ اللّٰهُ الرِّزْقَ لِعِبَادِه۪ لَبَغَوْا فِي الْاَرْضِ وَلٰكِنْ يُنَزِّلُ بِقَدَرٍ مَا يَشَٓاءُۜ اِنَّهُ بِعِبَادِه۪ خَب۪يرٌ بَص۪يرٌ

Casiyə/45:13 Göylərdə və yerdə nə varsa hamısını öz qatından əmrinizə vermişdir. Düşünən bir topluluq üçün əlbəttə bunda ibrətlər vardır.
وَسَخَّرَ لَكُمْ مَا فِي السَّمٰوَاتِ وَمَا فِي الْاَرْضِ جَم۪يعاً مِنْهُۜ اِنَّ ف۪ي ذٰلِكَ لَاٰيَاتٍ لِقَوْمٍ يَتَفَكَّرُونَ

Hicr/15:21 Heç bir şey yoxdur ki, onun xəzinələri Bizim yanımızda olmasın, ancaq Biz onu müəyyən edilmiş bir ölçü ilə endiririk.
وَاِنْ مِنْ شَيْءٍ اِلَّا عِنْدَنَا خَزَٓائِنُهُۘ وَمَا نُنَزِّلُـهُٓ اِلَّا بِقَدَرٍ مَعْلُومٍ