İsra - 17:32
Zinaya yaxınlaşmayın; çünki o, böyük bir günah və pis bir davranışdır!
Zina haqqında Quranın hökmü:
Nur/24:2
Zina edən qadın və kişinin hər birinə yüz qamçı vurun. Allaha və axirət gününə iman edirsinizsə, onlara olan acıma hissiniz Allahın qanununu yerinə yetirməkdə sizə əngəl olmamalıdır. İman edənlərdən bir qrup onların cəzalandırılma prosesinə şahid olsun.
Nur/24:3
Zina edən bir kişi, ancaq, zina edən və ya müşrik bir qadınla evlənə bilər; zina edən bir qadın da, ancaq, zina edən və ya müşrik bir kişi ilə evlənə bilər. Bu, iman edənlər üçün qadağandır.
Nur/24:4
Evli qadınları günahlandırdıqdan sonra dörd şahid gətirə bilməyənlərə səksən qamçı vurun və onların şahidçiliyini əbədi olaraq qəbul etməyin. Onlar yoldan çıxmış kimsələrdir.
Nur/24:5
Ancaq, bundan sonra yönəlib vəziyyətlərini düzəldənlər başqa. Allah Bağışlayandır, Rəhmlidir.
Talaq/65:1
Ey Peyğəmbər, qadınları boşadığınız zaman boşama müddətlərini gözləyin və bu müddəti yaxşıca hesablayın. Rəbbiniz olan Allahı dinləyin. Onları evlərindən çıxartmayın, onlar da çıxmasınlar (pis davranaraq onları buna məcbur etməyin). Ancaq sübut olunmuş bir zina işləmələri bunun xaricindədir. Allahın qanunu budur. Kim Allahın qanununu pozarsa, özünə zülm etmiş olar. Bilməzsən, bəlkə Allah bundan sonra (müsbət) bir iş ortaya çıxarar.
Nisa/4:16
Sizdən zina işləyən cifti cəzalandırın. Tövbə edib düzələrlərsə onlardan əl çəkin. Allah yönəlmələri (tövbələri) qəbul edəndir, Rəhmlidir.
Nisa/4:25
Sizdən azad qadınlarla evlənməyə imkanı olmayanlar, iman etmiş andlarınızın/razılaşmalarınızın (müqavilələrinizin) haqq sahibi olduqları ilə evlənsinlər. İnancınızı ən yaxşı bilən Allahdır. Bir-birinizə uyğunsunuz. Sahiblərinin izniylə və uyğun şəkildə mehrlərini ödəyərək onlarla nikahlanın. İffətli yaşasınlar, zina etməsinlər və gizli dostlar tapmasınlar. Evlilik yoluyla azadlıqlarına qovuşduqdan sonra zina edərlərsə, onlara azad qadınlara verilən cəzanın yarısı tətbiq edilməlidir. Bu, günaha girməkdən qorxanlarınız üçündür. Səbr edərsəniz sizin üçün daha yaxşıdır. Allah Bağışlayandır, Rəhmlidir.
İsra/17:32
Zinaya yaxınlaşmayın; çünki o, böyük bir günah və pis bir davranışdır!
Furqan/25:68
Onlar, Allah ilə birlikdə başqa tanrılar çağırmazlar; Allahın qadağan etdiyi canı haqsız yerə öldürməzlər və zina etməzlər. Bunları işləyən, günahların hesabını ödəyər.