İsra - 17:45
Quran oxuduğun zaman, səninlə Axirətə iman etməyənlərin arasına görünməz bir əngəl yerləşdirərik.
Əlaqəli:
Ənam/6:25
Onların bir qismi səni dinləyir. Fəqət, qəlbləri üzərinə anlamalarına əngəl olacaq pərdələr, qulaqlarına da ağırlıq qoyarıq. Hər bir möcüzəni görsələr də ona iman etməzlər. Buna görə sənin yanına gəldiklərində səninlə mübahisə edir və inkar edənlər, "Bu ancaq bir əfsanədir," deyir.
İsra/17:45
Quran oxuduğun zaman, səninlə Axirətə iman etməyənlərin arasına görünməz bir əngəl yerləşdirərik.
İsra/17:46
Və onu anlamalarını əngəlləmək üçün qəlblərinə qabıqlar (örtüklər) və qulaqlarına da ağırlıq qoyarıq. Rəbbini yalnızca Quranda xatırladığın zaman nifrətlə geriyə dönərlər.
Kəhf/18:57
Rəbbinin ayə və möcüzələri ona xatırladıldığı halda, etdiklərini unudaraq ondan üz çevirəndən daha zalım kim ola bilər? Qəlblərinə, onu (Quranı) anlamalarına əngəl olacaq bir örtük, qulaqlarına da bir ağırlıq (karlıq) qoymuşuq. Onları hidayətə nə qədər çağırırsan çağır, onlar əsla doğrunu tapa bilməz.
Loğman/31:7
Ona ayələrimiz oxunduğu zaman, sanki onu heç eşitməmiş kimi, sanki qulaqlarında ağırlıq (karlıq) varmış kimi böyüklənərək arxa çevirər. Ona ağrılı-acılı əzabı müjdələ.
Fussilət/41:5
Dedilər ki, "Sənin bizi çağırdığın şeyə qarşı sabit fikirliyik, qulaqlarımızda ağırlıq və bizimlə sizin aranızda pərdə vardır. İstədiyini et, biz də edəcəyik.
Fussilət/41:44
Onu yad dildə bir Quran etsəydik, "Onun ayələri açıqlanmalı deyildimi?" deyəcəkdilər. İstər yad dil, istər Ərəbcə olsun, de ki, "O, iman edənlər üçün (dilləri nə olur olsun) bir rəhbər və şəfadır. İman etməyənlərin isə qulaqlarında ağırlıq vardır. Onlara sanki uzaq bir yerdən səslənilirmiş kimi onlara qarşı qapalıdır."