İsra - 17:68
Sahili üstünüzə çevirib sizi udmasından, yaxud üzərinizə şiddətli bir qasırğa göndərməsindən güvəndəsiniz? Sonra heç bir qoruyucu da tapa bilməzsiniz.
17: 68 ilə əlaqəli ayə:
Mulk/67:16
Yoxsa, sizi, qəfildən titrəməyə başlayacaq olan yerin dibinə batırmayacağına dair göydəkindən əminlikmi aldınız?
Mulk/67:17
Eyni şəkildə, üstünüzə göydən daş yağdıran bir fırtına göndərməyəcəyinə dair göydəkindən əminlikmi aldınız? Xəbərdarlığın necə olduğunu öyrənəcəksiniz.
Əraf/7:97
Ölkələrin xalqları, əzabımızın gecə vaxtı onlar yatdıqları vaxt onlara gəlməyəcəyindən əminmi oldular?
Əraf/7:98
Ölkələrin xalqları, əzabımızın gündüz vaxtı onlar əyləndikləri vaxt onlara gəlməyəcəyindən əminmi oldular?
Əraf/7:99
Allahın planından əminmi oldular? Ziyana uğrayanlardan başqası Allahın planından əmin olmaz.
Yusuf/12:107
Onlar, Allah tərəfindən bürüyən (mühasirəyə alan) bir əzabın onlara yetişməsindən, yaxud dünyanın sonunun (Saat) qəflətən onlara gəlməsindən arxayınmı oldular?
Nəhl/16:45
Pislik planlaşdıranlar, Allahın onları yerin dibinə batırmayacağından, yaxud ümid etmədikləri bir yerdən əzabın onlara gəlməyəcəyindən əminmi oldular?
Nəhl/16:46
Yaxud (yatdıqları yerdə) dönüb-fırlanarkən onları yaxalamayacağından...? Onlar qurtula bilməzlər.
Nəhl/16:47
Yaxud onları qorxu və əndişə içində olduqları halda yaxalamayacağından...? Rəbbiniz əlbəttə Şəfqətlidir, Rəhmlidir.
İsra/17:68
Sahili üstünüzə çevirib sizi udmasından, yaxud üzərinizə şiddətli bir qasırğa göndərməsindən güvəndəsiniz? Sonra heç bir qoruyucu da tapa bilməzsiniz.
İsra/17:69
Sizi təkrar dənizə göndərməyəcəyindən və üstünüzə dağıdıcı bir fırtına salaraq inkarınıza görə sizi boğmayacağından əminsinizmi? Sonra sizin üçün arxanıza düşəcək birini də tapa bilməzsiniz.